Rusiya və İran "S-300” zenit-raket komplekslərinin satışı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün danışıqları bərpa edəcək.
APA-nın "Jane’s” (Jane’s İnformation Group) nəşrinə istinadən verdiyi məlumata görə, İran Müdafiə Nazirliyindən bildirilib ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqunun İrana səfəri zamanı razılıq əldə edilib. Danışıqların detalları bəlli deyil.
"Kommersant” qəzeti isə danışıqların qapalı keçirildiyini və konkret razılığın əldə olunmadığını yazıb. Qəzetin mənbələri problemin həlli üçün bir neçə ilə ehtiyac olduğunu bildiriblər.
Qeyd edək ki, İrana "S-300” komplekslərinin satışı barədə müqavilə 2007-ci ildə imzalanıb. 800 milyon dollar dəyərində müqaviləyə əsasən Rusiya İrana 5 kompleks verməli idi. 2010-cu ildə BMT TŞ İrana müasir hücum silahlarının satışını qadağan edən qətnamə qəbul edib. Elə həmin il Rusiya prezidenti Dmitri Medvedev "S-300”lərin İrana satışına qadağa qoyan fərman imzalayıb. Rusiya bir qədər sonra Tehranın müqavilə üzrə ödədiyi 167 milyon dollar avansı geri qaytarıb. Tehran isə Cenevrədəki beynəlxalq arbitraj məhkəməsində Moskvaya qarşı iddia qaldırıb. İran tərəfi Rusiyanın öz öhdəliklərini yerinə yetirmədiyini bəyan edərək 4 milyard dollar təzminat istəyib. Rusiya bu mübahisəni həll etmək üçün İrana "Tor-M1E” zenit-raket kompleksləri təklif etsə də, Tehran bunu rədd edib.