Rusiya Xarici İşlər Nazirliyi nazir Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə apardığı danışıqları şərh edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə S.Lavrovun Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşlərində müzakirə olunan məsələlərin ictimaiyyətə açıq olan hissəsinin mətbuat xidməti tərəfindən yayıldığını söyləyib: "Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr haqqında məndə əlavə məlumat yoxdur. Bildiyiniz kimi, bu çox həssas mövzudur. Sözsüz ki, danışıqlar çox konstruktiv keçib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hərəkətə gətirilməsinə istiqamətlənən konkret və fərqli ideyalar ətrafında müzakirələr aparılıb. Bu görüşlərin yekunlarına dair nə deyilməli idisə, deyilib". Rusiya XİN sözçüsü, S.Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni görüşlərinin planlaşdırılıb-planlaşdırılmamasına da aydınlıq gətirib: "Yeni görüşlər əlbəttə ki, olacaq. Hələlik qrafik formalaşmayıb. Sözsüz ki, bu mövzu Rusiya xarici siyasəti üçün prioritet olaraq qalır. Ona görə də müxtəlif formalarda təmaslar davam edəcək".
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da rəsmi Bakının danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.
Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hərəkətə gətirilməsinə istiqamətlənən konkret və fərqli ideyalar ətrafında müzakirələr aparılması deyəndə nəyi nəzərdə tutub?
AMİP katibi Elşən Mustafayevin sözlərinə görə, tərəflər arasında belə görüşlər mütəmadi keçirilir: "Bu görüşün vaxtı isə olduqca kritik dönəmə təsadüf etdi. Çünki bir neçə gün əvvəl Lavrov azərbaycanlı jurnalistin sualına uyğun olmayan tərzdə cavab verdi. Bu hadisə Azərbaycanda haqlı narazılığa səbəb oldu və açığını deyim ki, Rusiyanın neytral mövqeyinə əsaslı şübhə saldı. Bütün hallarda, belə görüşlər informasiya mübadiləsi baxımından çox önəmlidir. Bu gün regionda elə vəziyyət yaranıb ki, istənilən gərginlik, qarşıdurma, fikir ayrılığı kritik böhran vəziyyətinə səbəb ola bilər. Zaxarovanın məlum bəyanatında yeni nəsə görmürəm. Konkret ideya ətrafında müzakirələr çoxdan aparılır. Çünki hər iki tərəfin prinsipial mövqeyi bəllidir. Azərbaycan bəyan etdiyi mövqeyində geri çəkilməyəcəyini deyir. Ermənistanın hansısa yeni təklifi varsa, qoy açıqlasın. Təbii ki, yoxdur.
Bu baxımdan da Rusiya Suriya böhranı çözülənə və Ermənistanda keçiriləcək parlament seçkiləri başa çatanadək mövcud status-kvonun qorunub saxlanmasına çalışacaq. Yəni bu müddət ərzində hansısa dinamizmin gözlənilməsi yersizdir. Çünki Moskva görüşündən sonra heç erməni tərəfdə qalan əsgərimizin meyiti belə qaytarılmırsa, deməli, hansısa irəliləyişdən söhbət gedə bilməz. Zaxarova hərdən belə fərqli ifadələrdən istifadə edir ki, bəyanatı çox bəsit görünməsin. Başqa nəsə yoxdur".