Tovuz rayonunun Düz Qırıxlı kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Habil Məhəmməd oğlu 18 sentyabr 2014-cu ildən itkin düşüb. Bu barədə "Millət”ə məlumat verən mənbənin sözlərinə görə, H.Məmmədov həmin gün evdən çıxıb bir daha geri qayıtmayıb.
Onun itkin düşməsi ilə bağlı Tovuz Rayon Polis İdarəsinə və Qovlar polis məntəqəsinə məlumat verilsə də, indiyədək heç bir əməliyyat-axtarış tədbirləri həyata keçirilməyib. H.Məmmədovun adı axtarışda olanlar siyahısına da daxil edilməyib. Belə səthi yanaşma isə ciddi narazılıq yaradıb.
İtkin düşən H.Məmmədov əvvəllər ailəli olsa da, sonradan ailəsi dağılıb. 1 oğlu var.