Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi qəbul etmişdir
Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi ISESCO-nun 12-ci Baş Konfransının prezidenti, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyad Amin Madani ve ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ilə birlikdə qəbul etmişdir.
Görüşdə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin salamlarını Tunis dövlət başçısına çatdıraraq iki dost ölkə arasında mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.
Nazir gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunları, qərb dünyası ilə müsəlman ölkələri arasında münasibətlərin inkişafına töhfə verən Bakı prosesi, gələn il Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və ISESCO arasında mövcud olan dərin əməkdaşlığı barədə Tunis Respublikasının Prezidentinə məlumat verdi.
Tunis Respublikasının Prezidenti öz növbəsində ISESCO Təhsil Nazirlərinin I Konfransı münasibətilə hər üç qonağı təbrik edərək Azərbaycan Respublikasının Prezidentinə səmimi salamlarını ve hörmətini çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanın geosiyasının əhəmiyyəti, İƏT ve ISESCO ilə əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparıldı.