YAP ölkəni iflasa sürükləyir

Hakim Yeni Azərbaycan Partiyası hakimiyyətə gəlmək üçün 1993-cü ildə ölkədə Rusiya,İran, Erməni həmkarları və neft mafiyaları ilə birlikdə xaos və qarşıdurmalar yaratdılar,qanuni hakimiyyətə qarşı qanunsuz mitinqlər təşkil edərək idarə etməni iflic hala saldılar.
Bir çox hallarda Milli hakimiyyətin bəzi məmurlarının,qabilliyyətsizliyİ, idarəetmə səriştəsizliyi, xarakter qüsürları,yersiz iddiaları, təkəbbürləri,cəmiyyətin bütün kəsimlərindən istifadə edilməklə PEŞƏKAR HÖKÜMƏTİN yaradılmasına imkan vermədiyindən,xalqın etimadından məhrum oldular.
Sonunda avtoritar iqtidar hərbi müdaxilə ilə hakimiyyəti qəsb etdi.
*İllər keçsədə xalqın düşüncəsində,-bu iqtidar gedərsə yenidən onlar gələcək,- fikri hələ də çoxlarını narahat edir və avtoritar rejimə qarşı xalqın qəti mübarizəyə başlamasına mane olur.*
-Azərbaycan xalqı bilməlidir ki,bütün hallarda mövcud iqtidar qədər, xalqın ləyaqətini bu qədər aşağılayan ikinci bir anti milli qüvvə təsəvvürə gələ bilməz. Cəmiyyətimizdə dövləti idarə edə biləcək çox sayda gənc müasir dünyagörüşlü,beynəlxaql səviyyədə peşəkar mütəxəssislər var və onlar növbəti hakimiyyət komandasında layiqli yerlərini tutacaqlar.
-Təcrübəli siyasətçilər artıq əvvəlki siyasi texnologiyaların nəticəsinin xalqın ictimia,siyasi sosial həyatında, acınacaqlı sonluğa səbəb olduğundan bir daha belə halların baş verməsinə əsal imkan verməyəcək.
*Prezident institutunun iyirmi yeddi ilə ölkəni ağır siyasi,iqtisadi maliyyə və son nəticədə hərbi böhrana gətirdiyinin şahidiyik.*
-Heç bir lider və heç bir partiya ayrılıqda ölkəni dərin böhrandan qurtara bilməyəcək.-
-Prezidetnlə, birləşmiş müxalifət partiyalarının müzakirələrindən yaranacaq,xalqın bütün təbəqə,zümrə,partiya,sosial qrup,etnik tərkibli,hər bir regionu təmsil edən peşəkarlardan ibarət ETİMAD HÖKÜMƏTİ-ANTİ BOHRAN HÖKÜMƏTİ qərara alınmış müddətdə böhranın aradan qaldırılması üçün fəaliyyət göstərəcək.
Eyni zamanda müəyyən olunmuş zamanda azad,ədalətli seçkiləri keçirib,yeni Parlament formalaşdıracaq. Parlament isə qanuni HÖKÜMƏTİ səlahiiyyətləndirəcəkdir.
*Ölkə Parlament Respublikası kimi idarə olunmalıdır.*

Şakir Ulubəy

Dünyəvi Bozqurd Partiyasının sədri