Dəfələrlə Azərbaycana qarşı müxtəlif təzyiq metodlarından istifadə edilməsinin şahidi olmuşuq. Xüsusilə də bölgədə maraqları olan ölkələr belə metodlardan daha çox yararlanır. Xarici mətbuatda təşkil olunan sifarişli yazılardan tutmuş, "siyasi məhbus" mövzusunda baş verən spekulyasiyaya qədər baş verənləri buna misal göstərmək olar.
Təbiidir ki, Azərbaycan hakimiyyəti baş verənlərin tam fərqindədir və bu cür aqressiyanın artma dinamikasının müşahidə olunduğu periodlar da bizə bəllidir. Belə hallar daha çox Azərbaycanın prinsipial mövqe nümayiş etdirdiyi dönəmlərdə artır. Bu günlərdə isə bizə qarşı olduqca maraqlı bir təzyiq metodundan istifadə edilməsilə bağlı təklifin şahidi olduq.
"Freedom House"un sabiq prezidenti, hazırda Vaşinqtondakı "McCain" İnstitutunun baş direktoru David Kramer beynəlxalq ictimaiyyəti Azərbaycanda keçiriləcək Avropa oyunlarını boykot etməyə çağırıb.
Dünyada əminamanlığın olmasını, sülhün vacibliyini prioritet sayan bir quruma rəhbərlik etmiş bir şəxsdən belə açıqlamanı eşitmək təəccüblü görünür. Çünki Olimpiada sülhü, əminamanlığı təbliğ edən bir idman hadisəsidir. Azərbaycan xərc çəkib bunu edirsə, demək, həmin dəyərlərə böyük önəm verir. Hər halada, bu qədər ciddi faktora önəm verməməklə həmin dairələr Olimpiadanın Azərbaycan üçün böyük uğur gətirəcəyinin fərqindədir. Aydındır ki, onlar bunu böyük bir hadisə saymasaydı, belə boykota da çağırmazdılar.
Bu səbəbdən də Azərbaycana yeni təzyiq metodu kimi niyə məhz Olimpiadanın seçilməsini aydınlaşdırmaq qərarına gəldik.
Müxalif Milli İstiqlal Partiyasının katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, müxtəlif vaxtlarda Azərbaycana qarşı təzyiq metodlarından istifadə olunub: "Mənə elə gəlir ki, hakimiyyət də bunun fərqində olmalıdır. Biz həmin dairələrə də əsas verməməliyik. Təbiidir ki, çox vaxt bu cür metodlardan nisbətən kiçik ölkələri hesablaşdırmaq üçün istifadə edirlər. Azərbaycanda keçiriləcək Yay Olimpiadasının hədəf olaraq seçilməsi sırf piara hesablanıb. Həmin təklifin reallaşması ilə bağlı heç bir perspektiv yoxdur. Çünki həmin oyunların keçirilməsi planına kimi təsdiq olunub. Milyardlarla pul ayrılıb bu hadisəyə. İndi hansısa bir diplomatın çağırışı ilə həmin oyunların boykot oluna biləcəyini düşünmək sadəlövhlük olardı. Bir də idmanın siyasətlə heç bir bağlılığı yoxdur. Ola bilər ki, presedent kimi Soçi Olimpiadası götürülsün. Hətta Rusiyanın başqa dövlətin ərazisini işğal etməsi fonunda həmin Olimpiya oyunları baş tutdu. Şükürlər olsun ki, Azərbaycanda Olimpiadanı boykot etməyə səbəb olan heç bir hadisə baş verməyib. Təklifi səsləndirənlər bunu gözəl anlayır. Sadəcə, Azərbaycan üçün olduqca əhəmiyyətli və böyük məsuliyyət tələb edən bir hadisə olduğu səbəbindən, belə psixoloji təzyiq metodlarından istifadə edirlər"./Bakı Xəbər/
Məhəmmədəli QƏRİBLİ