Ukrayna Prezidenti Volodimir Zelenski “Time” jurnalının versiyasına görə ilin ən nüfuzlu adamı seçilib.
Medianews.az xəbər verir ki, bu siyahıda ikinci yeri “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask, üçüncü yeri isə Böyük Britaniyanın Baş naziri Boris Conson tutub.
Qeyd edək ki, ilin ən nüfuzlu adamı siyahısı səsvermə vasitəsi ilə seçiib və V.Zelenskiyə 3,3 milyon insan səs verib. Bu isə bütün səslərin beş faizini təşkil edib.
Xatırladaq ki, “Time” jurnalı hər il ilin ən nüfuzlu 100 insanını seçməklə bağlı səsvermə keçirir.
Millət