1991-ci ilin bu günü E.Məmmədovun Pakistana müstəqilliyimizn tanıdılması səfəri başlayıb

Etibar Məmmədov Azərbaycan istiqlalını dünyaya tanıtmaq missiyasını davam etdirərək 4 dekabr 1991-ci ildə Milli Məclisin 6 üzvünün daxil olduğu nümayəndə heyətinin rəhbəri kimi Pakistana rəsmi səfərə getmişdir.

Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsinin sədri, millət vəkili Etibar Məmmədov Pakistanda keçirdiyi mətbuat konfransında demişdir: "Dekabrın 29-da Azərbaycan Respublikası tam müstəqilliyini elan etmək üçün referendum keçirəcəkdir. Biz əminik ki, Azərbaycan müsəlmanlarının 90%-dən çoxu müstəqilliyin lehinə səs verəcəkdir. Biz Sovet İttifaqı ilə heç bir federasiya, yaxud da konfederasiya haqqında müqaviləyə qol çəkməyəcəyik. Azərbaycan müsəlman ölkələri ilə əlaqələrin yaradılmasına, yaxud da bərpa edilməsinə xüsusi əhəmiyyət verəcəkdir. Biz Azərbaycan İslam Konfransı Təşkilatına üzv olmaq üçün rəsmi müraciət etmişik və əminik ki, Pakistanın yardımı ilə bu məsələ müsbət həll olunacaqdır. Ümid edirik ki, Azərbaycan Pakistan,Türkiyə və İrandan ibarət 3 üzvü olan İqtisadi Əməkdaşlıq Təşkilatının 4-cü üzvü olacaq.”

E.Məmmədov Pakistanda hər yerdə onlara olan məhəbbət və diqqətdən məmnun olduğunu qeyd etmişdir: "Biz bu ölkəyə səfərmizdən tam razıyıq. Bizdə belə təəssürat yaranmışdır ki, məqsədimiz tam şəkildə başa düşülmüşdür. Və işin sona çatdırılması üçün bəzi formalıqların icrasına ehtiyac var. Belə bir müsbət nəticənin əldə edilməsi mənim xalqıma özünə inamını artırar və ruhlandırar”.

Etibar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Baş Naziri Məhəmməd Nəvvaz Şərif, Pakistanın Prezidenti Qulam Əli İshaq Xan, Senatın sədri, Milli Məclisin fəaliyyətdə olan sədri və Senatın Xarici Əlaqələr Komissiyasının üzvləri ilə yüksək səviyyəli keçirilmişmiş görüşlərin nəticəsi olaraq Azərbaycanın dövlət müstəqilliyi Pakistan İslam Respublikası tərəfindən rəsmən tanınmışdır.

Bu səfərdə Azərbaycanın dövlət müstəqilliyinin tanınması ilə yanaşı Azərbaycanın Milli Ordusunu və Milli Təhlükəsizlik qüvvələrinin yadadlmasında, lazimi təchizatla təmin olunmasında, eləcə də iqtisadi, siyasi əməkdaşlıq perspektivləri də müzakirə edilmiş, anlaşmalar əldə edilmişdr.

Pakistan Prezidenti Qulam Əli İshaq Xan Etibar bəylə görüşündə bildirmişdir ki, "Pakistan hər iki ölkə arasında siyasi əlaqələrin və qarşılıqlı əməkdaşlığın güclənməsinə maraq göstərən Azərbaycana hər cür yardım və kömək göstərəcəkdir”.

Pakistan dövləti günü bu gün də bünövrəsi Etibar Məmmədov tərəfindən qoyulan qardaşlıq və dost münasibətlərini davam etdirir. Rəsmi İslamabad həmişə Azərbaycanın mövqelərinin beynəlxalq aləmdə güclənməsinə dəstəyini əsirgəmir.

Azərbaycan Şərqdə və müsalman dünyasında yeganə ölkədir ki, burada məzhəblər arasında kəskin ziddiyətlər yoxdur. Dini tolerantlıq mövcuddur. Lakin son zamanlar öyünə biləcəyimiz bu dəyərlərə qarşı sanki bir hücum var. Hansısa gözəgörünməz qüvvələr dinlər və məzhəblər arası gərginlik yaratmağa, dini amildən çirkin məqsədlər üçün istifadəyə çalışır.

Azərbaycanı poliqon etmək istəyirlər. Din elə bir mövzudur ki, burda gərək maksimum həssasalıq və duyarlılıq, diqqətlik göstərilməlidir ki, istənilən fitnə-fəsadların qarşısını zamanında almaq mümkün olsun.