“23 Dekabr-Qərbi Azərbaycanlıların indiki Ermənistandan deportasiyası” mövzusunda elmi-praktik konfransı keçirilib

“Atatürk” mərkəzində İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığ ıilə “23 dekabr-azərbaycanlıların indiki Ermənistandan deportasiyası” elmi-praktik konfrans keçirilmişdir.
 
Konfransın keçirilməsində məqsəd SSRİ Nazirlər Sovetinin sədri İ. Stalinin 23 dekabr 1947-ci il tarixli 4083 saylı “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına görə indiki Ermənistanda yaşayan 100 min azərbaycanlının öz tarixi torpaqlarından, dədə-baba yurdlarından adını könüllük prinsipi qoyaraq zorla Azərbaycan SSRİ-nin iqlim şəraiti olduqca isti ərazilərinə aran bölgəsinə mərhələlərlə köçürülməsi haqqında məruzlər dinlənildi. Konfransın əsas məqsədi  indiki Ermənistan ərasindən son 250 ildə azərbaycanlıların deportasiyası, represiyası, soyqırımı haqqında dünya ictimaiyyətinə məlumatın çatdırılmasından ibarətdir. Konfransda Azətbaycan Himni səsləndirildi, Şəhidlərizin ruhu yad edildi. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qərbi Azətrbaycan torpaqları haqqında çıxışlarının video yazısı dinlənildi. İTC-nin MŞ-nın sədiri Qafar Çaxmaqlının konfrans iştirakçılarına müraciəti dinlənildi. Konfrans iştirakçılarına Moskvadan Kamran Rüstəmovun, Ukraynadan Fərhad Turanlı, Türkiyədən Xətai Allahverdiyev tərəfindən salamları çatdırıldı. Məruzəçilər “23 dekabr Ermənistandan azərbaycanlıların deportasiyası”məruzəçi; –  BDU–nun Professoru Boran Əziz, Ermənistan ərazisinin həqiqi coğrafi təsnifatı; məruzəçi Əli Vəliyev, Ermənistandan deportasiya cinayətinə məruz qalmış əhalinin və hüquqi varislərinin bu günkü vəziyyəti; – məruzəçi, tarixçi Paşa Həsənli, Ermənistandan deportasiya cinayətinə məruz qalmış əhalinin hüquqi statusunun  bərpası istiqamətində atılmalı addımlar; məruzəçi -İradə Rizazadənin maraqlı çıxışları dinlənildi. Konfransda alimlər, ziyalılar, tarixçilər, hadisələrin canlı şahidləri olan Qərbi azərbaycanlılar çıxış etdilər. Sonda “23 dekabr- azərbaycanlıların indiki Ermənistandan deportasiyası” elmi-praktik konfransın iştirakçıları tərəfindən  Azərbaycan Respublikasının Milli Məclisinə, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, İslam Ölkələri Əməkdaşlıq Təşkilatına,Türk Dövlətləri Birliyinə, Dünya ölkələrinin Azərbaycan Respublikasındakı səfirliklərinə müraciət qəbul olundu.
 
TədbirinTəşkilatKomitəsi
 
İrəvan Türk Cümhuriyyətinin
 
Azərbaycan Respublikasının Milli Məclisinə,
 
Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına,
 
İslam Ölkələri Əməkdaşlıq Təşkilatına,
 
Türk Dövlətləri Birliyinə,
 
Dünya ölkələrinin Azərbaycan Respublikasındakı səfirliklərinə
 
 
 
M ü r a c i ə t ı
 
XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanıldı. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşdi. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən-min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri talanıaraq məhv edildi.
 
1905-1907-ci illərdə, 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirildi, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrildi, yüzlərlə Azərbaycan kəndi yer üzündən silindi, xarabazarlığa çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail oldular.
 
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 saylı “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. Bu qərarlar Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları oldu. SSRİ Nazirlər Sovetinin  qərarları əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı  Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunraq onlara qarşı sərt repressiyalar həyata keçirilirdi. Erməni millətçiləri öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilirdi, toponimika tarixində misli görünməyən hadisə- qədim toponimlərin müasir erməni adları ilə əvəzolunma prosesi baş verdi.
 
Erməni millətçiləri tərəfindən Azərbaycan xalqının mənəviyyatına  qarşı siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Ermənilərin Sovet rejiminin imkanlarından istifadə edərək həyata keçirdikləri antiazərbaycan təbliğatı 1980-ci illərin ortalarında güclənməkdə davam edirdi. Azərbaycanlıların 1988-1989-cu illərdə tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verdi. Ermənistan SSR ərazisindəki  350 mindən çox azərbaycanlı son olaraq dədə-baba torpaqlarından qaçqın düşdü.
 
Biz İrəvan Türk Cümhuriyyəti olaraq dünya ictimaiyyətini, beynəlxalq təşkilatları indiki Ermənistandan deportasiya olunaraq dünyaya səpələnmiş azərbaycanlıların hüquqlarının bərpasına, onların öz tarixi doğma yurdlarına qaytarılmasına, haqq-ədalətin bərpasına çağırırıq.
 
Tədbirin Təşkilat Komitəsi