25 il əvvəl ölkənin ilk siyasi partiyasi-AMİP ilk rəsmi qeydiyyatdan keçib

Azərbaycan ötən əsrin sonlarında öz müstəqilliyinə qovuşduqdan sonra siyasi sistemdə və dövlətin idarə edilməsində boşluq yarandı. 70 il təkbaşına böyük imperiyanı idarə edən Kommunist Partiyası çöksə də, qoyduğu ağır miras və qalıqları ölkə üçün ciddi təhlükə və problem olaraq qalırdı.

Totalitar sistemdən sonrakı dönəm demokratik təsisatları qəbul etməyə tam hazır olmasa da, sosial sifariş və yeni siyasi sistemə keçid sivil ənənələrə uyğun partiyalaşmağı tələb edirdi. Bu tələb həm də ona görə aktuallıq kəsb edirdi ki, qalibiyyətlə öz vəzifəsini yerinə yetirən xalq hərəkatı yeni mərhələyə keçidi ləngidərdisə, qazandığı uğurların üzərindən də xətt çəkmiş olardı. Hakimiyyətə gəlmə silahlı yolla, zorakılıqla həyata keçirilir və ənənə halını almaqdaydı. Xalq Hərəkatına rəhbərliyi həyata keçirən AXC də Mütəllibovdan hakimiyyəti silahlı yolla ələ keçirsə də, mütəşəkkil, təşkilatlanmış vahid siyasi qüvvə olmadığından dövlətin özünü idarəolunmaz istiqamətə aparırdı. Belə bir zamanda 3-4 iyul 1992-ci ildə Milli Azadlıq Hərəkatının lideri Etibar Məmmədovun rəhbərliyi altında ölkənin ilk siyasi partiyası olan Azərbaycan Milli İstiqlal Partiyasının möhtəşəm təsis Qurultayı keçirildi. Partiyanın Azərbaycanın bütün inzibati-ərazi vahidlərində strukturları formalaşmışdı və cəmiyyətin bütün təbəqələrini əhatə edən on minlərlə üzvü vardı. Bu Qurultayda partiyanın Məramnaməsi, Proqramı və hədəfləri müəyyənləşdirildi. İlk dəfə olaraq hakimiyyətə demokratik və seçki yolu ilə gəlməyini açıq şəkildə bəyan etdi.

AMİP 17 iyul 1992-ci il tarixdə Ədliyyə Nazirlyində ilk dəfə rəsmi qeydiyyatdan keçən və 1 saylı qeydiyyat şəhadətnaməsi alan partiya olaraq da tarixə düşdü. Bu il yaranmasının 25 illiyini qeyd edən AMİP Azərbaycanın siyasi, ictimai həyatında da bir nömrədir. Partiya əlkənin ən vacib siyasi institutlarından biri kimi siyasi və milli şürun formalaşmasında eləcə də proseslərin axınında da çiddi rola malkidir. Bu gün AMİPsiz nə siyasi prosesləri, nə də ümumiyyətlə siyasəti təsəvvür etmək mümkün deyil. Bütün seçkilərin favoritinin AMİP və onun yaratdığı koalisiyaların olduğunu mübaliğəsiz söyləmək mümkündür. 1998-ci ildə AMİP-in prezidentliyə namizədi olan Etibar Məmmədov rəsmi protokolların nəticələrinə görə 1.8 milyon seçiçinin səsini qazanmışdır ki, bu da ümumi seçicilərin təxminən yarsı demək idi.

AMİP novator partiya kimi də tanınır. Ən son seçki texnalogiyaları, ən son siyasi texnalogiyalar və innovasiyalar AMİP-də tətbiq olunub. Sonra isə uğurlu nəticələrindən geniş istifadə olunub. Partiyanın siyasi məktəb kimi yetişdirdiyi kadrlar müxtəlif siyasi düşərgələrdə və qurumlarda fəaliyyət göstərir.

AMİP bu gün də siyasi mübarizənin və hadisələrin episentrindədir. Partiyanın 54 bölgə təşkilatı aktiv mübarizə meydanındadır. On minlərlə üzvü və yüzminlərlə təfkeşi və eloktoratı var. Azərbaycan xalqının güvənc və inam yeri bu gün də AMİP və onun lideri Etibar Məmmədovdur. Uğrun açıq olsun AMİP!