Milli Şuranın dünən keçirdiyi mitinq heç də birmənalı qarşılanmadı. Müxtəlif yanaşmalar və iddialar irəli sürüldü. AMİP Təşkilat Katibi Nazim Ələsgərov hesab edir ki, artıq mitinqlər, kütləvi aksiyalar dövrü bitib:
"Bu yolla heç nəyi həll etmək mümükün deyil. Yaxşı olrtıq mitinqlər, kütləvi aksiyalar dövrü bitib: ardı ki, kütləvi aksiyaların əvəzinə partiyalar YAP-da daxil olmaqla müəyyən Dəyirmi Masalar və tədbirlər keçirib problemlərin birgə həllinə çalışaydılar. Hər siyasi qüvvə öz platformasını və proqramını ortaya qoyaraq alternativliyi daha dolğun və əsaslandırılmış şəkildə təmin edəydilər.”
AMİP katibi onu da vurğuladı ki, "ABŞ prezidentinin Azərbaycanın adını çəkməsi təsadüf sayılmamalıdır. İnkarçılıqla heç nəyə nail olmaq olmaz. Reallıqları qəbul etmək lazımdır”
"Uğursuz tədbir oldu. İndiki halda mitinq kecirməyin tərəfdarı deyiləm.Əslində həmin mitinqi İŞİD-də dəstək kimi qiymətləndirmək olar. İŞİD-Qərbin köməyilə gəlib qardaş Türkiyənin sərhəddinə dirənib, biz isə mitinq keçirib ölkədə sabitliyi pozmaqla əslində İŞİD-ə dəstək vermeğək istəyirik. Bunu necə başa düşmək olar?” Bu fikirlər isə Canımız Azərbaycan Naminə Partiyasının sədri Ramiz Tağıyev söyləyib
Partiya sədri onu da əlavə edib ki: "Ermənistanda mitinqlər başlayan kimi bizim ənənəvi müxalifətimiz də mitinqlərə başlayır. Mən bunu təsadüf hesab etmirəm, eyni mərkəzdən her şey idarə olunur.”