Azərbaycan Milli İstiqlal Partiyasi Mərkəzi Şurasının üzvü Əli Orucov Moderator.az -a açıqlamasında "Azadlıq" radiosunun Bakı ofisinin bağlanılmasını belə şərh etdi:
"Hər
dəfə saxta və biabırçı seçkilərdən sonra iqtidar diqqəti yayındırmaqdan
ötrü mətbuatı hədəf alır. Bu dəfə də eyni ssenari, eyni taktika. Onsuz
da 23 dekabr 2014 "Bələdiyyə seçkiləri" komediyasından sonra hansısa
jurnalistə, yaxud da KİV-ə hücum gözlənilən idi. Putindən ilhamlanan
Azərbaycan iqtidarının bu dəfəki qurbanı "Azadlıq" radiosunun Bakı ofisi
oldu. Ümumiyyətlə, diqqət yetirsəniz görərsiniz ki, son vaxtlar
hakimiyyətin "Azadlıq" adına çox pis allergiyası tutur. Növbəti təhlükə
daha bir "Azadlığ"a, bu adda qəzetə qarşı yarana bilər. Əslində bu
təhlükə çoxdandır ki, var. Amma indiyədək AZADLIĞI boğmağa sonacan nail
ola bilən hakimiyyətlər barədə eşitməmişəm, nə də bunu görən olub.
"Azadlıq" radiosu Baki ofisinin hakimiyyət tərəfindən möhürlənməsi azad
mətbuta və müstəqil sözə, fikir plüralizminə qarşı vurulan möhür
deməkdir. Azərbaycanın daha da tədric edilməsi, qapalı bir ölkəyə
cevrilməsi cəhdləri açıq düşüncəli, çağdaş dünyaya ayıq gözlə baxan
insanların maraqlarına əksdir. Eyni zamanda nə hakimiyyətin, nə də
yönəltdiyi dövlətimizin beynəlxalq imicinə fayda gətirməz.
Amma
bunla belə kimlərinsə müstəqil bir dövləti təqhir və təhdid dilində
danışması da qınanılasıdır. Beynəlxalq hüquq normaları hər kəs üçün
keçərlidir və bu normalara hörmətlə yanaşmaq vəzifəsindən, mövqeyindən
və təmsil etdiyi dövlətindən asılı olmayaraq hamıya şamildir."