"Azərbaycan cəmiyyətində müharibə əhavlı yüksəkdir"

Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəy, Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus "Mİ-24" tipli helikopterin mövqeylərimizə hücum zamanı vurulmasına və müharibə bölgəsindəki hadisələrə dair "Millət" bunları bildirmişdir:
"Tarix boyu ərazi iddiası ilə başlanan münaqişlərin əvvəli də sonu müharibə ilə həll edilib. Qarabağ münaqişə adlandırılıan,əslində Azərbaycanın böyük bir ərazisini işğal edən erməni və rus birləşmələri,hər an yeni ərazilər işğal etmək üçün fürsət gözləyir.

İşğal edilmiş ərazilərdə məskunlaşma siyasətini həyata keçirən,ermənilər bu torpaqların bir daha geri qaytarılmayacağını haqda bizi xəbərdar edirlər.

Bu gün dünyada və regionda baş verən müharibələr,bizim illərdir işğal alıtnda olan qanuni torpalqarımızın müharibə yolu ilə geri qaytarılmasına, beynəlxalq ictimayət tərəfindən hər hansı bir qınağa rast gəlməməyimizə əsas verir.

Ermənistan da hakimiyyət böhranı başlayıb. Erməni cəmiyyətində işğal edilmiş torpaqlqarın geri qaytarılması və münaqişənin qurtarması haqda fikirlər çoxalmaqdadır.

Rusiya iqtisadiyyatı tənəzzülə doğru gedir, Putin erməniləri müdafiə etmək iqtidarında deyil.
Azərbaycan dövləti öz qanuni ərazilərində "TERRORÇU BİRLƏŞMƏLƏRİN LƏĞV EDİLMƏSİ” adı altında, terrorçu birləşmələrin ləğvinə başlamalıdır.
Belə bir tarixi fürsət bir daha ələ düşməyəcək.

Azərbaycan cəmiyyətində müharibə əhavlı yüksəkdir. Əgər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğal edilmiş ərazilərdə terrorçu birləşmələrin ləğvinə dair əmr versə,Azərbaycan cəmiyyəti prezidenti müdafiə edəcəkdir".