Son günlər hakimiyyətlə müxalifətin bir sıra partiyaları ilə siyasi
dialoq aparılacağı barədə mediada səsləndirilən fikirlərə biri də əlavə
olunub. AMİP lideri Etibar Məmmədovun sözçüsü, partiyanın Mərkəzi
Şurasının üzvü Əli Orucov belə hesab edir ki, dialoq hər iki düşərgəyə
hava-su kimi lazım olsa da onun baş tutacağına ümidi azdır, çünki:
"Dialoq
həmişə lazımdır. Bütün problemlərin də açarı və həlli yolları da
dialoqdadır. Amma Azərbaycan hakimiyyəti həmişə bu barədə sadəcə boş və
quru bəyanatlar verib, spekulyativ davranış sərgiləyib. Azərbaycan
hakimiyyəti müxalifətlə dialoqa hazır deyil. Əvvala, ona görə ki,
iqtidar müxalifətə həmişə yuxarıdan aşağı və ironik tərzdə yanaşıb.
Digər tərəfən, müxalifətin mövcudluğu apardıqları təbliğatda inkar
edilib. Siz özünüz də dəfələrlə eşitmisiniz ki, hakimiyyət Azərbaycanda
müxalifətin olmadığını bəyanlayıb. Yaxud da müxalifətə dağıdıcı,
yırtıcı, "düşmən dəyirmanına su tokən" kimi müxtəlif aşağılayıcı
ayamalar deyilib. Yaxşı, indi nə dəyişdi, müxalifət yoxsa iqtidar?
Mən
qarşıduran düşərgənin dialoq barədə fikirlərini və təşəbbüslərini
müsbət qarılayaram. Dialoq hakimiyyətdə qərarların verilməsində iştirakı
və təsiri olan, hakimiyyətin siyasi kursunu müəyyənləşdirən yüksək
rütbəli dövlət yetkililəri ilə aparılmasında nəyəsə müsbət sonluğa ümid
etmək hardasa ağılabatandır. Lakin hər hansı məmurla dialoq aparmaq
görüş anlamını verir. Onsuz da bəzi siyasilər Prezident
Admnistrasiyasının süpürgəçisi ilə də dialoqa hazır olduğunu
bildirmişdi. Amma sözün həqiqi mənasında bu gün Azərbaycanda dialoqa,
qarşılıqlı etimada, problemlərin üzərinə birgə getməyə ciddi zərurət
var. Ələ alınacaq da kifayət qəqər mövzular var. O zaman siyasi dialoqun
baş tutmasına nə mane olur, bilirsinizmi? Özündən razılıq və qarşılıqlı
inkarçılıq, ən əsası da siyasi iradənin, istəklərin səmimi olmaması."/Moderator.az/