"Azərbaycan istiqlalının tanınması sahəsində nə edilmişsə, hamısının sahibi Etibar Məmmədovdur”

E.Məmmədovun Azərbaycan istiqlalını tanıtması sahəsində diplomatik fəaliyyəti haqqında Türkiyədə dönəmin hakim Ana Vətən Partiyasının Baş katibi Avni Çarsancaqlının dedikləri: "Etibar bəy bir vətənsevər insan, Etibar bəy bir igid insan, Etibar bəy diplomatiyanı yaxşı bilən və əlaqələri yaxşı quran bir insan...O günlərdə Azərbaycan qurluşunda kommunistlər var idi. Kommunistlərin də Türkiyədə Azərbaycanın istiqlalının tanınması üçün heç bir fəaliyyəti yoxdu. Hətta, Etibar bəyin Türkiyəyə gəlməsindən narahat idilər. Bu dövrdə Türkiyədə seçim oldu. Yeni təşkil olunacaq hökümətdə sollar da təmsil olunacaqdı. Əgər Məsud Yılmazın başçılıq etdiyi hökumət Azərbaycanın istiqlalını tanınmasını gecikdirsəydi, Rusiya ilə yaxın münsibətdə olan solların təmsil olunduğu hökumət bu addımı atmayacaqdı. Məsud bəy dedi ki, Azərbaycan hökuməti bu işi necə anlarsa, anlasın, necə dəyərləndirirsə dəyərləndirsin, Etibar bəyin vətən sevgisini, türk dünyasındakı dirçəlişi dəstəkləməliyik”.

Avni Çarsancaqlı fikirlərini belə tamamlamışdır: "Türkiyədən nə yardım gəlmişsə də, bilin, bütün dünya bilsin ki, bütün Azərbaycan xalqı bilsin ki, o yardımları Türkiyə Cümhuriyyətindən, xalqından, milliyyətçi qurumlardan qoparan, Azərbaycan istiqlalının tanınması sahəsində nə edilmişsə, hamısının sahibi, Allah qarşısında deyirəm, bunlar tarixə düşən sənəddir, Etibar Məmmədovdur”.