"Azərbaycan tərəfi daha ciddi tədbirlər görməlidi"

"Ermənilərin işğal altında olan ərazilərdə hərbi təlimlər keçiriməsi və təxribatla məşğul olması Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dalana dirəyir”.

Bunu Moderator.az-a açıqlamasında AMİP sədri Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, son dövrlər baş verənlər Qarabağ münaqişəsinin nizamlanmasının aktivləşməsi fonunda və prezidentlərin son Paris görüşündə sülh danışıqları istiqamətində əldə edilən razılıqların ruhuna ziddir:

"Bu bir daha göstərir ki, ermənilər Qarabağ münaqişəsini sülh və danışıqlar yolu ilə həllində maraqlı deyillər. Məhz bu görüşlərdən sonra işğal olunmuş ərazilərdə hərbi hava qüvvələrinə məxsusu helikopterlərin də hərbi təlimlərə cəlb edilməsi bir daha bunu sübut etdi. Əksinə, onlar güc nümayiş etdirməyə üstünlük verməklə, əslində ermənilər bu danışıqlardan sadəcə vaxt udmaq və mövcud status-kvonun qorunub saxlanması üçün istifadə edirlər.”

AMİP sədri hesab edir ki, ermənilər bu cür təxribat xarakterli əməlləri ilə Azərbaycanı təxribata cəlb etmək istəyir:

"Ermənistan hakimiyyəti Qarabağda vəziyəti mürəkəbləşdirməklə qarşılarına bir neçə məqsədi qoyub. Bunlardan biri Ermənistanın daxilində son dövrlərdə yaranmış böhrandan diqqəti yayındırmaqdır. Belə ki, son dövrlərdə Ermənistanda başlayan davamlı aksiyalar ölkəni siyasi böhran vəziyətinə salıb və nəticədə hakimiyyət vəziyyətdən çıxış yolunu müzkirə etmək üçün dialoqa getmək zorunda qalıb. Bu isə Ermənistanın bu günkü hakimiyyətinin maraqlarına cavab vermir. Ona görə də məqsədyönlü olaraq cəbhə bölgəsində belə təxribata əl atdı və genişmiqyaslı hərbi təlimlər keçridi. Nəticədə Ermənistana məxsusu hərbi helikopterlər Azərbaycanın nəinki hava məkanını pozdu, eyni zamanda təmas xəttində. Azərbaycan ordusunun səngərləri üzərində hərbi manevrlər edərək hədəf atəşləri açdı. Bu erməni tərəfinin yayımladığı videoroliklərdə daha aydın görünməkdədir. Azərbaycan tərəfi də haqlı olaraq beynəlxlaq hüquq normnalarına və konvensiyalarına uyğun olaraq öz hava məkanını pozub, ciddi təxribat xarakterli hərəkətlərə yol verən hərbi obyekti vurdu. Bu məsələdə Azərbaycan tərəfi haqlıdır və hərbi helikopterin vurulması beynəlxalq konvensiyalara uyğun hərəkət edilib. Çünki Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfini xəbərdarlıq edərək onun hava məkanını pozacağı təqdirdə buna qarşı ciddi tədbir görəcəyini bəyan etmişdi və bununla bağlı beynəlxalq aləmi, xüsusən də ATƏT və Beynəlxlaq Aviasiya təşkilatını məlumatlandırıb. Ona görə də burada hər hansı qanunsuzluq yoxdur. Ona görə də erməni tərəfinin məsələ ilə bağlı yaratdığı hay-küyün də mənası yoxdur. Bu hay-küy sadəcə baş aldatmaq, eyni zamanda yuxarıda dediyim kimi daxili ictimai diqqəti yayındırmaqdan ibarətdir. Yəni Serj Sərkisyan rejimi yaxşı başa düşürdü ki, Azərbaycan tərəfi bu cür ciddi təxribata mütləq cavab verəcək və haqlı olaraq da verdi.

Burada daha bir məqam ondan ibarətdir ki, Serj Sərkisyan öz hakimiyyəti xilas etmək üçün erməni ictimaiyyətinə mesaj verdi ki, əgər daxildə vəziyət qarışarsa vəziyyət daha pis ola bilər. Bu yolla da o daxildəki vəziyyəti müvəqqəti də olsa sakitləşdirməyə çalışır. O öz hakimiyyətini qorumaq üçün nəinki bir hər hərbi helikopteri, hətta böyük bir qüvvəni qurban verməyə hazırdır.

Digər bir məqam isə bununla dünyadakı erməni diasporunu Azərbayacana qarşı antitəbliğat kampaniyasını aktivləşdirməsidir. Elə bunun da arxasında son dövrlərdə xaricdəki erməni diasporunun Serj Sərkisyan hakimiyyətinə olan inamın azalması dayanır.

Bütün bu və digər demədiyim məqamlar bir daha göstərir ki, ermənilərin Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində dediklərinə və onalrın səmimiyyətinə inanamaq olmaz.”

Y. Bağırzadə onu da əlavə etdi ki, bu cür təxribat xarakterli hərbi manevrlər regionda olan mürəkəb vəziyəti onsuz da mürəkkəbləşdirir və sülhü təhlükə altında qoyur:

"Ona görə də ATƏT MQ həmsədrləri yaranmış durumu dəyərləndirməlidir və belə hallara qarşı ciddi reaksiya verməlidirlər. Bu baxımdan ATƏT MQ həmsədrləri Ermənistanı belə hərbi təlimlərdən yayındırmağa çalışmalıdır.”

AMİP sədri bildirdi ki, belə hallar davam edəcəyi təqdirdə Azərbaycan tərəfi daha ciddi tədbirlər görməlidir:

"Əgər beynəlxalq ictimaiyyət, xüsusən də münaqişənin həlli ilə məşğul olan ATƏT biganə mövqe sərgiləyirsə, o zaman Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazisində beynəlxlaq hüquq normalarını kobud surətdə pozan qüvvələrin təxribatının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərə əl atmalıdır. Eyni zamanda işğal altında olan torpaqlarını işğaldan azad etməlidir.”