"Bunun sülh danışıqlarının aktivləşməsinə nə dərəcədə təsir göstərəcəyini birmənalı demək çətindir"
Dünən 2015-ci il üçün büdcə zərfi Milli Məclisə daxil olub. Parlamentdən verilən məlumata görə, büdcə zərfi yaxın 10 günə deputatlara paylanacaq və ondan sonra komitələrin iclası təyin olunaraq müzakirəyə çıxarılacaq.
Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, 2015-ci ildə Azərbaycanın müdafiə sahəsinə 1778,5 milyon manat vəsait xərclənəcək. 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir ki, büdcə xərcləri 21,100 milyon manat proqnozlaşdırılır. Belə ki, növbəti ildə müdafiə sahəsinə 1778,5 milyon manat ayrılıb. Qeyd edək ki, cari ildə müdafiə sahəsinə 1637,4 milyon manat vəsait ayrılıb.
Müdafiə xərclərinin özünün strukturunda qeyd edilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə çoxdur. Yəni Azərbaycanda gələn il büdcədən müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi 3,1 faiz artacaq.
Onu da qeyd edək ki, Azərbaycanın müdafiə sahəsinə ayırdığı vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. İlbəil hərbi xərclərin artırılması Ermənistanı bərk narahat edir. Məsələ ondadır ki, Ermənistan Azərbaycanla silahlanmaq baxımından yarışa bilmir. Çünki bu ölkənin iqtisadi imkanları bərbad vəziyyətindədir. Bu baxımdan müdafiə xərclərinin artırılması Dağlıq Qarabağla bağlı sülh danışıqlarının aktivləşməsinə, yəni Ermənistanın bu danışıqlarda konstruktiv mövqe tutmasına nə kimi təsir göstərə bilər?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin fikrincə, hərbi büdcənin artmasının sülh danışıqlarının aktivləşməsinə nə dərəcədə təsir göstərəcəyini birmənalı demək çətindir: "Çünki Ermənistan de-fakto müstəqil dövlət deyil. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistanın silahlanma yarışına cəlb olunması bu ölkəyə ciddi iqtisadi zərbələr vurur. Ermənistanın 2014-cü ilin büdcəsində hərbi xərclər 450 milyon dollar nəzərdə tutulmuşdu. Bu da Azərbaycanla müqayisədə, göründüyü kimi, çox kiçik rəqəmdir. Başqa bir tərəfdən, bir şeyi də nəzərə almaq lazımdır ki, Ermənistan Rusiya ilə yaxın müttəfiq olduğundan, bəzi silah növlərini ucuz və yaxud da havayı əldə edir. Nəzərə almaq lazımdır ki, Rusiyanın yardımı olmasaydı Ermənistan nə Azərbaycan torpaqlarını işğal edə, nə də 20 ildən artıq işğal altında saxlaya bilərdi. O baxımdan məsələyə birmənalı prizmadan yanaşmaq çətindir. Ancaq hər halda, Azərbaycanın hərbi gücünün artması danışıqlar prosesində canlanma baxımından bizim xeyrimizə işləyə bilər".
Vidadi ORDAHALLI