Məlum olduğu kimi, 2-3 oktyabr tarixlərində Bakıda IV Beynəlxalq Humanitar Forumu keçirilib. Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu ildə bir dəfə keçirilir. Forumda dünya birliyinin siyasi, elm və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatları lauretları, nüfuzlu beynəlxalq təşkilarların rəhbərləri və dövlət xadimləri iştirak edir.
Bakı Beynəlxalq Humanitar Forumunun məqsədi dünya birliyi üçün maraq kəsb edən məsələlərlə bağlı dialoq və müzakirələrin təşkilidir. Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.
2010-cu ildə forumun keçirilməsinin təşəbbüskarları rolunda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedyev çıxış edib.
IV Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60 ölkəsindən dövlət xadimləri və alimlərdən ibarət 500-ə yaxın qonaq iştirak edib. Prezident İlham Əliyev forumun açılışında nitq söyləyib. Forumda Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də çıxış edib. UNESCO-nun baş direktoru İrina Bokovanın forum iştirakçılarına videomüraciəti göstərilib. Forumun sonunda bəyannamə qəbul olunub.
Bütövlükdə sözügedən forumun keçirilməsi bəzi beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqları ilə bağlı qeyri-obyektiv fikirlərini heçə endirdi. Çünki zaman-zaman bəzi bu kimi təşkilatlar Azərbaycanda sözügedən məsələlərlə bağlı reallığa söykənməyən rəy formalaşdırmağa çalışır.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov da hesab edir ki, bu kimi cəhdlər əvvəl-axır uğursuzluğa düçar olmalı idi: "Məsələ ondadır ki, müəyyən beynəlxalq qurumlar insan haqları məsələsində hansısa dairələrin sifarişi əsasında hesabat hazırlayır. Ötən bir neçə ilin təcrübəsi açıq şəkildə bunu sübut edib. Yəni müəyyən siyasi dairələrin maraqları təmin olunanda insan haqları məsələsinin üzərindən sukutla keçirlər. Maraqlar təmin olunmayanda "stəkanda fırtına" yaradırlar. Azərbaycanın regionda artan siyasi-iqtisadi gücü və başlıcası müstəqil siyasət yeritməsi xaricdə olan müəyyən dairələri narahat edir. Ona görə də müxtəlif vasitələrlə ölkənin imicinə kölgə salmağa çalışırlar. Ötən dövrdə Azərbaycan çox uğurla bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib. IV Bakı Beynəlxalq Humanitar Forumu da bunlardan biri idi. Sözügedən tədbir bəzi beynəlxalq təşkitlatların Azərbaycan barədə həqiqətə uyğun olmayan fikirlərini puç etdi"./Bakı Xəbər/
Vidadi ORDAHALLI