Artıq bələdiyyə seçkilərinə qısa bir müddət qalıb. Dekabrın 23-də yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak etmək üçün hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı bir sıra müxalifət partiyaları da seçki prosesinə qoşulub. Növbəti ildə ölkədə parlament seçkilərinin keçirildiyini nəzərə alsaq bələdiyyə seçkilərinin parlament seçkilərinə daha təkmil hazırlaşmaq baxımından yaxşı fürsət olduğunu söyləmək olar. Bəs görəsən siyasi partiyalar bu barədə nə düşünür və bələdiyyə seçkilərində iştirak etmək parlament seçkilərinə hazırlaşmaq baxımından nə dərəcədə əhəmiyyətlidir?
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu deyir ki, inkişaf etmiş cəmiyyətlərdə bələdiyyə seçkiləri daha üstün mövqeyə malikdir. Onun sözlərinə görə, hətta bu seçkilərin önəmi parlament və prezident seçkilərindən artıqdır: "Siyasi partiyalar yerlərdə möhkəmlənməyi həm də ona görə üstün tuturlar ki, bələdiyyələrdə əhalinin bütün təbəqələri ilə birbaşa təmas və işləmək imkanları asanlaşır. Məhz bələdiyyələrin vasitəsi ilə yerlərdəki problemləri, spesifik xüsusiyyətləri, əhalinin istək və təlabatlarını öyrənmək və bunun həllinə nail olmaq bir qədər asanlaşır. Yerlərdə hakimiyyətə gəlmək partiyaların ali siyasi hakimiyyətin ələ alınmasına gedən yolu açır. Partiyalar həm də tramplin rolu oynayan bələdiyyə seçkilərində özlərinin gücünü və imkanlarını yoxlayır. Gələcək seçkilərə hazırlıq işlərində bu amillər yenidən nəzərdən keçirilir və təhlillər aparılır ki, buraxılan səhvlər təkrar olunmasın. Təsadüfi deyil ki, demokratik ölkələrdə hər bələdiyyə uğrunda ölüm-dirim mücadiləsi verilir. Uzağa getməyək, bu ilin martın 30-da qonşu Türkiyədə keçirilən bələdiyyə seçkilərində siyasi partiyaların bələdiyyələri qazanmaq üçün apardıqları mübarizəni xatırlayaq. Hər bir səs, hər bir seçici seçkinin bilavasitə sonluğunu tamam dəyişirdi. Türkiyədə Ərdoğanın rəhbərliyi ilə 2002-ci ildən iqtidarda olan Ədalət və İnkişaf Partiyasının da hakimiyyətə gəlməsi məhz bələdiyyələrdən başlayıb. Ona görə də mən bələdiyyə seçkilərinin əhəmiyyətini kiçildənlərın və onun dəyərini azaldanların tam əleyhinəyəm. Bunu isbatlamaq üçün bu kimi kifayət qədər arqumentlər gətirə bilərəm”. Əli Oruclunun sözlərinə görə, AMİP inkişaf etmiş dövlətlərin, o cümlədən qardaş Türkiyənin təcrübəsini nəzərə alaraq dəfələrlə təklif edib ki, böyük bələdiyyələr yaradılsın: "Təkliflərimizdə həmçinin irəli sürmüşük ki, Bakıda Böyük Şəhər Bələdiyyəsi yaradılsın və hakimiyyət və şəhər təsərrüfatının idarəçiliyi həmin bələdiyyəyə verilsin. Bu partiyanın üstünlüklərindən biri də odur ki, güclü beynəlxalq əlaqələri var. Bütün bunların hamısına Etibar Məmmədovun rəhbərliyi ilə nail olunub. Sadaladığım və sadalaya bilmədiyim digər amillər imkan verir ki, AMİP 2015-ci ildə keçiriləcək parlament seçkilərində daha bir uğura imza atsın. Şübhəsiz ki, bələdiyyə seçkiləri partiyanın parlament seçkilərində hazırlıqlı olmasında və nəticələr əldə etməsində mühüm rol oynayacaq. Fikrimcə, bələdiyyə seçkilərindən dərhal sonra partiya parlament seçkilərinə start verməli, əsas məsələlər seçkilərə start verilənə qədər öz həllini tapmalıdır ki, həm də vaxt itgisinə yol verilməsin və görülən işlər, çəkilən zəhmət hədər getməsin”.
Azərbaycan Demokrat Partiyası hesab edir ki, bələdiyyə seçkilərinə qüvvə sərf etməkdənsə bütün resursları parlament seçkilərinə yönəltmək daha məqsədəuyğundur. Partiyanın sədr müavini Həsrət Rüstəmov bu səbəbdən demokratların seçkiyə qatılmadığını deyib: "Biz partiya olaraq parlament seçkilərində bir fraksiyaya yetəcək parlament yeri uğrunda mübarizə aparmaq vəzifəsini qarşıya qoymuşuq. Çünki, bələdiyyə seçkilərinə qatılıb seçkidən zəif çıxmaqdansa, resursları parlament seçkiləri üçün qorumaq və hədəfləməni düzgün aparmaq daha doğrudur”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da bələdiyyə seçkilərini parlament seçkilərinə hazırlıq mərhələsi hesab edir. Partiyanın sədr müavini Niyaməddin Orduxanlı bu qənaətdədir: "Partiya olaraq seçkilərdə böyük nəticələr əldə etmək istəyirik. BAXCP bələdiyyə seçkilərini 2015 –ci il parlament seçkilərinə hazırlıq mərhələsi kimi görür. Bütün güçümüzlə parlament seçkilərinə hazırlaşacağıq və çalışacağıq ki, 2015-ci ildə BAXCP parlamentin ana müxalifət partiyası olsun”.
Süleyman İsmayılbəyli