"Mövcud iqtisadi-sosial problemlər həll olunmaq əvəzinə, əksinə, bir az da pisləşib"
Məlum olduğu kimi, Ermənistanın paytaxtı İrəvanda gərginlik səngimək bilmir. Gərginlik iyulun 17-nə keçən gecə başlayıb. Həmin gecə patrul-mühafizə alayına basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar.
Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb. İlk günlərdə basqınçılar bir neçə polis əməkdaşını azad edib. Sonuncu 4 polis, o cümlədən Ermənistan polisinin rəis müavini Vardan Yegizaryan və İrəvan polisinin rəis müavini Valeri Osipyan isə iyulun 23-də girovluqdan buraxılıb. İndi basqınçıların əlində heç bir girov olmasa da, onlar silahı yerə qoymaqdan imtina edir, Jirayr Sefilyanın, başqa müxalifətçilərin azadlığa buraxılması və hökumətin istefası tələblərini səsləndirirlər.
"Yeni Ermənistan" və "Müəssislər parlamenti" hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur. 49 yaşlı Jirayr Sefilyan Livanın paytaxtı Beyrutda doğulub. 1990-cı ildə hərbi təlimçi kimi Ermənistana göndərilib. 1991-ci ildə Dağlıq Qarabağa gəlib və Azərbaycan torpaqlarının işğalında iştirak edib. Uzun müddət Dağlıq Qarabağdakı işğalçı orduda yüksək vəzifələr tutub. 2000-ci ildən siyasi fəaliyyətlə məşğul olan Jirayr Sefilyan radikal müxalif mövqedə durur və buna görə bir neçə dəfə həbs edilib.
İyulun 24-ü axşam basqınçılar patrul-mühafizə alayından 15 metr aralıda olan polis mikroavtobusunu yandırıb. Onlar havadan çəkiliş aparan dronu da məhv edib. Basqınçıların bu addımı elektrik enerjisinin, rabitənin, ərzaq təminatının kəsilməsinə etiraz əlaməti olaraq atdığı bildirilir.
Bütün bunların fonunda, Ermənistanda baş verənlər vətəndaş müharibəsinin əlaməti sayıla bilərmi?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə buna bir neçə prizmadan yanaşdı. Onun fikrincə, burda həm vətəndaş müharibəsi elementləri var, həm də siyasi oyun: "Ümumilikdə Serj Sarkisyan prezident seçiləndən sonra zaman-zaman Ermənistanda gərginlik özünü göstərib. O, 2008-ci ildə prezident seçiləndə qan tökməkdən belə çəkinmədi.
Ermənistanda gərginliyin kökündə dayanan faktorlar hakimiyyətdə kriminal, korrupsioner rejimin olması və ən başlıcası, iqtisadiyyatın acınacaqlı durumu ilə əlaqədardır.
Görünən odur ki, 1998-ci ildə hakimiyyətə yiyələnən Qarabağ klanı ölkəyə fəlakət gətirib. Mövcud iqtisadi-sosial problemlər həll olunmaq əvəzinə, əksinə, bir az da pisləşib. Bu səbəbdən ölkədən xarici ölkələrə miqrasiya axını ilbəil güclənir. Eyni zamanda, Dağlıq Qarabağ probleminin həllində Ermənistandakı mövcud rejimin sərgilədiyi barışmaz radikal mövqe bəzi yerli erməniləri də bezdirib.
Faktiki olaraq Sarkisyanın prezidentliyi dövründə nə Dağlıq Qarabağ problemi öz həllini tapıb, nə də iqtisadi problemlər həll edilib. Bu da ölkədə vətəndaş qarşıdurması üçün zəmin formalaşdırır. Bütün bunlarla yanaşı, son hadisələrdən Ermənistan rəhbərliyi şou məqsədi üçün istifadə edir. Prosesləri uzatmaqla belə görüntü yaratmaq istəyir ki, guya erməni cəmiyyəti danışıqlarda güzəştlərə hazır deyil. Belə olmasaydı, Sarkisyan dərhal müvafiq addımlar atacaqdı".
Vidadi ORDAHALLI