"Heç kəs öz mövqeyini ortaya qoya bilmir"

"Rus demokratlarının ən dəbdə olan lideri Aleksey Navalnı millətçi olduğunu açıq-aşkar etiraf edir. Rusiyanın Orta Asiya respublikaları ilə, Azərbaycanla vizasız gediş-gəlişinə son qoymağı tələb edir. Bizim demokratlar isə millət kəlməsi işlətməkdən çox qorxurlar". Bu fikirlər Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə aiddir.

Millətçilik ideologiyasından uzaqlaşılmasından narahat olan partiya sədri bilidib:"Narahat olan Partiyaların çoxunun nizamnaməsində milli sözü götürülüb, prinsip kimi milliyyətçilikdən imtina edilib, bəziləri isə bunun guya qərbdə şovinizmlə eyni anlamda qəbul edildiyi qənaətindədir. Bir qisim var sırf kosmopolit düşüncədədir, milli düşüncəyə nifrət edir, yaxud əksinədir. Bir qisim var gənclərinin əksəriyyəti dini təriqətlərin təəssübkeşləridir, sədrləri də guya qatı qərbpərəstdir. Bir məsələni heç cür anlamaq olmur, bir qisim qatı islamçı var ki, onlar şərqə deyil, qərbə-Avropaya mühacirət edirlər.Ölkədə normal seçki mühiti olmadığı üçün bu məsələlərdə dartışmaq olmur. Heç kəs öz mövqeyini ortaya qoya bilmir. Biz də ölkənin milli -demokratik qüvvələrinin təmsilçiləri kimi Azərbaycanla Türkiyə arasındakı viza rejiminin aradan qaldırılmasını tələb edirik və bunun nə qədər əhəmiyyətli olması üçün kifayət qədər əsas gətirə bilərik".