Müxalif siyasi partiyalarla Prezident Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin rəhbəri Əli Həsənov arasında keçirilən görüş birmənalı
dəyərləndirilmədi. Baxmayaraq ki, burada həm də növbəti görüşün olacağı bildirildi.
Bununla bağlı fikirlərini bölüşən AMİP Mərkəzi Şura üzvü Əli Orucov qeyd etdi: "Əvvəla, baxaq görək bu görüşlərin davamı gələcək, ya yox? Çünki əvvəlki illərin təcrübəsi göstərib ki, iqtidar-müxalifət görüşlərindən hakimiyyət siyasi manupuliyasiya kimi istifadə edib. İndiki görüşdə də belə ehtimal mümkündür. Amma mən hesab edirəm ki, növbəti görüş olacaqsa əgər burda təkcə Əli Həsənov iştirak etməsi yetərli deyil. Bu görüş ictimai-siyasi məsələlər şöbəsi mərtəbəsində qalmasın.və sadəcə görüş formatından çıxarılaraq dialoq müstəvisinə keçirilsin.
Eyni zamanda real siyasi qüvvələrlə təmaslar qurulsun. O ki qaldı hansı məsələlərin müzakirəsinə mövzu kifayət qədərdir, sosial problemlərdən, demokratik dəyərlərin və təsisatların inkişafından tutmuş ərazi bütövlüyümüzün bərpasınadək çeşidli problemlərin müzakirəsi masa üzərinə qoyula bilər.

Əsas
odur ki, başlanılan yol yarıda qalmasın və bu öz pozitiv nəticələrini
versin. Bundan siyasi təbliğat da istifadə olunacaq alət kimi bəhrələnilməsin"