Məlum olduğu kimi, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin növbəti qondarma «məhkəmə prosesi» dekabrın 29-da davam etdiriləcək. Qeyd edək ki, dekabrın 19-da keçirilən «məhkəmə prosesi»ndə erməni prokuror Karen Qabrielyan Dilqəm Əsgərov üçün ömürlük, Şahbaz Quliyev üçün isə 22 il iş istəyib.
O, Dilqəm Əsgərovu mövcud olmayan dövlət sərhədini qanunsuz keçməkdə və çəkiliş aparmaqda ittiham edib.
Məlumat üçün qeyd edək ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə öldürülüb.Ermənilər saxlanan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində «məhkəmə» qurulub.
O da məlumdur ki, sözügedən məsələ neçə vaxtdır Azərbaycanın diqqət mərkəzindədir. Azərbaycan məsələnin həlli ilə bağlı nə mümkündürsə onu edir. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu işin həllində heç də hər şey Azərbaycandan asılı deyil. Bütün bunlara rəğmən, Azərbaycan bununla bağlı daha hansı hüquqi və siyasi addımlar ata bilərğ Ən azından girovlar onlara kəsilən cəzanı neytral bir ölkədə çəkə bilərmi? Heç olmasa bu minvalla onların həyatı qorunsun.
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bütün diplomatik rıçaqları işə salmaq lazımdır: «Düzdür, indiki dövrdə bu çox çətin məsələdir. Ən azından ona görə ki, girovları qondarma separatçı rejim «mühakimə» edir. Bununla bağlı qarşı tərəflə hər hansı danışıq aparmaq de-yure onların xeyrinə işləyə bilər. Dərhal erməni tərəfi bundan şou düzəldib dünyaya car çəkəcək ki, Azərbaycan bizimlə hesablaşır. Azərbaycan mümkün olan qədər məsələni beynəlxalq təşkilatlar səviyyəsində qaldırmalıdır. Xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrləri səviyyəsində məsələni qaldırmaq və onlarla iş aparmaq lazımdır. Həmsədrlərdən tələb etmək lazımdır ki, məsələyə obyektiv yanaşılsın. Girovların hansısa bir neytral ölkənin həbsxanasında cəza çəkməsini təmin etmək real görünmür. Bu məsələ daha çox həmsədr dövlətlərin, xüsusən də Ermənistana ciddi təsir rıçaqı olan Rusiyanın iradəsindən asılıdır. Hesab edirəm ki, sözügedən tərəf ortaya siyasi iradə qoysa, Ermənistan hansısa güzəştə gedə bilər. Çünki Ermənistan hüquqi dövlət deyil. Əsas məsələ odur ki, həmsədr dövlətlər kəlbəcərli girovlarla bağlı məsələni hansısa siyasi alver predmetinə çevirməyə cəhd göstərməsinlər»./Bakı Xəbər/