"Kobani ciddi strateji məkandır. Bu İŞİD-in ələ keçirdiyi ərazilərin
birləşdirdiyi coğrafi yerdir”. Məsələ ilə əlaqədar "Olaylar”-ın sualını
cavablandıran AMİP Mərkəzi Şurasının üzvü, siyasi analitik Əli Orucov
belə deyib. Ə.Orucov qeyd edib ki, Kobani eyni zamanda kürdlərin kompakt
yaşadığı Türkiyə sərhədlərinə ən yaxın ərazidə yerlən stateji yaşayış
məntəqəsidir. "Lakin burda səbəblərdən biri də obrazlı desək, Türkiyənin
qulağının dibində gərginliyi saxlamaq, əhalini səksəkə içərsində
saxlamqdır. Qərb hər vəchlə Türkiyəni silahlı münaqişəyə cəlb etmək
istəyir. Silahlı münaqişənin də Türkiyənin sərhədlərində dirənməsiın
köklü məqsədi də budur” – deyə AMİP funksioneri qeyd edib. ("OLAYLAR"
İA)