Dekabrın 23-də Azərbaycanda bələdiyyə
seçkiləri keçiriləcək. Ölkənin bəzi siyasi partiyaları bu seçkilərə
hazırlaşır. Bəs bələdiyyə seçkilərində müxalifət partiyaları iştirak
edəcəkmi?
AMİP sədri Yusif Bağırzadə bildirib ki, artıq bələdiyyə seçkilərində fəal iştirakla bağlı qərar verilib: "Biz hazırda bununla bağlı bir çox rayonlarda zona müşavirələri keçiririk. Seçkilərdə qələbə çalmaq əzmindəyik. Ümumiyyətlə, bələdiyyə seçkilərinə partiyada böyük əksəriyyət namizədliyini irəli sürmək niyyətindədir”./APA/