AMİP Siyasi Şurasının üzvü Əli Oruclu açıqlamasında baş nazirin müavini Abid Şərifovun timsalında hökumətin başabəla məmurlar korpusunun fəaliyyətini qınayıb:
"Baş nazirin müavini Abid Şərifov yüksək rütbəli Azərbaycanın dövlət məmurlarının tipik obrazıdır. Bu obrazda özündən yüksək fəzifəlilərin qarşısından yaltaqlanmaq, qorxmaq, çəkinmək, özünü yazıq və fağır göstərmək, yeri gələndə acımaqlıq, yanğınlıq nümayiş etdirmək, özündən aşağılarla isə qaba, kobud davranmaq, təhqir ermək, aşağılamaq, saymamazlıq kimi xüsusiyyətlər büqəlamun həssslığı ilə aydın şəkildə özünü biruzə verir.
Baxın, 19 may faciəsi ilə prezident tərəfindən yaradılmış Dövlət Komisiyasının sədri olan Abid Şərifov yerində və hamını harahat edən sulallara hansı əda və tövrlə cavab verir. Bu adam anlamaq istəmir ki, dövlət onların şəxsi mülkiyyətləri deyil ki, onun sərvətlərindən və büdcəsindən istədikləri kimi davransınlar. Açıqlıq və şəffaflıq olasydı, ictimai nəzaratə imkan verilsəydi, qanunlar işləsəydi belə ağır faciə də baş verməzdi. A.Şərifov kimi məmurlar prezidentin qabağında əyilib sual işarəsi olmaqla elə düşünürlər ki, cəmiyyəti və dövləti narahat edən sualları həll etmiş olurlar. Binəqədidə yanan bina məhz Abid Şərifov kimi məmurların bu cür yanaşmalarının sərgilədiklərin münasibətlərin və fəaliyyətin qara kömürlə çəkilmiş tablosudur.
Hesab edirəm ki, həmin komissiyada nə Abid Şərifova, nə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalibova, nə Fövqəladə Hallar Naziri Kəmallədin Heydərova, nə səhiyyə naziri Oqtay Şirəliyevə, nə maliyyə naziri Samir Şərifova, baş prokuror Zakir Qaralova, yer olmamalıdır. Ən azından onlar vəzifələrindən uzaqlaşdırılmalı idilər. Çünki onların hər birinin bu yanğında, bu faciədə birbaşa, yaxud dolayısı ilə bağlantıları və məsuliyyətləri var. Hadisələrə bunca bəsit, qeyri-etik, məsuliyyətsiz yanaşılacaqsa xalq, ölkə vətəndaşları bu kimi faciəvi hadisələrdən sığortalanmayacaqlar. Belələrinin xalqın özünün təkidli tələbi ilə cazalandırmaq lazımdır. Əks təqdirdə cəzasızlıq mühiti çox bəlalara və faciələrə nədən olacaq."