ABŞ-da neçə nazirlik var?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hökumət qurmaq üçün danışıqlar aparır. Novator.az bunu nəzərə alaraq ABŞ hökuməti ilə bağlı qısa arayış hazırlayıb.

Birləşmiş Ştatlarda kabinetə Dövlət Departamenti (Xarici İşlər Nazirliyi) və daha 14 nazirlik daxildir: Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ticarət Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə və Sosial Xidmətlər Nazirliyi, Tikinti və Şəhər İnkişafı Nazirliyi, Əmək Nazirliyi, Veteranlarla İş Nazirliyi.

Nazirliklərə rəhbərlik edən şəxslər katib adlanır. Xarici işlər nazirinin – Dövlət Departamentinin rəhbərinin vəzifəsinin adı dövlət katibi gedir. Ədliyyə Nazirliyinə rəhbərlik edən şəxs isə baş prokuror sayılır.

Nazirləri prezident ABŞ Konqresinin yuxarı palatası olan Senatın razılığı ilə təyin edir.

Vitse-prezident, Ağ ev administrasiyasının başçısı, bir neçə federal qurumun (İnzibati-Büdcə İdarəsi, Ətraf Mühitin Mühafizəsi Agentliyi, Ticarət Nümayəndəlikləri Ofisi, İqtisadi Məşvərətçilər Şurası, Kiçik Biznes Administrasiyası) rəhbəri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi də kabinet üzvü sayılır.