ABŞ daha əvvəl razılaşdırıldığı kimi, İŞİD terror təşkilatı ilə
mübarizə aparmaq üçün Türkiyəyə "HIMARS” reaktiv yaylım atəşi sistemini
verməyib.
"TRT Haber” telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkiyənin Suriyadakı əməliyyatı ölkə sərhədlərini terrorçulardan təmizlənməyə yönəldilib.