Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində P.O.Bomarşenin əsəri əsasında hazırlanmış "Fiqaronun toyu" tamaşası nümayiş olunub. Tamaşada Teatr sənəti fakültəsi Musiqili teatr aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış edib.
Tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, musiqi və rəqslərin müəllifi 3-cü kurs musiqili teatr aktyoru Nəzrin İsmayılova, bitmeykeri Televiziya rejissorluğu ixtisasının tələbəsi Aleksandr Hacıyevskidir.
Səhnə
əsərində Nəzrin İsmayılova (Qrafinya), Əlizamin Abbasov (Qraf Almaviva), Tural
Xəlilbəyli (Fiqaro), Fidan Əliyeva (Süzanna), Hüseyn Sadıqov (Bartolo), Ayşən
Əsədova (Marselina), Muxran İsmayılov (Kerubino), Jalə Hacızadə (Fanşetta), həmçinin
ikinci kurs tələbələri Qüdrət Qurbanzadə (Antonio), Elvin Nuri (Bazil), Əli
Heydərov (Don Briduazon) və Fəridə Qurbanova (Fanşetta) çıxış edir. Janrı "maskalı
oyun” kimi təyin olunan tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla
qarşılanıb.
Nümayişdən sonra
ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Teatr sənəti fakültəsinin
dekanı dosent Ellada Hüseynova, Musiqili teatr aktyoru kafedrasının müdiri
professor İlham Namiq Kamal, Teatrşünaslıq kafedrasının müdiri professor Aydın
Talıbzadə, professor İsrafil İsrafilov, Xalq artisti Məmmədsəfa Qasımov və digər
müəllimlərin iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil
olunub, tamaşanın özünəməxsus rejissor yozumu, maraqlı plastik həlli, musiqi tərtibatı
və aktyor ifası ilə fərqləndiyi vurğulanıb.