Akademik Milli Dram Teatrı mövsümə premyera ilə yekun vuracaq

Akademik Milli Dram Teatrı 142-ci teatr mövsümünə yeni hazırlanmış "Nağıllar aləmində” tamaşasının premyerası ilə yekun vuracaq.

Xalq nağılları əsasında hazırlanmış səhnə əsəri 2 iyul tarixində, saat 19.00-da nümayiş olunacaq. Tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru Xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur. Əsasən, gənclərlə hazırlanan tamaşada Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızı papaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) iştirak edirlər.

Bir hissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir.