AMİP-çilər Azərbaycan uğrunda təkcə qan tökməyiblər, həm də qan veriblər

Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin dişinəcən silahlanmış hərbi birləşmələrinin dinc Azərbaycan xalqına qarşı təcavüz edərkən əliyalın halda olduğundan düşmənə layiqli müqavimət göstərməkdə çətinliklə üzləşdi. İki cəbhədə-həm səngərdə, həm də siyasi meydanda qorxunc düşmənlə vuruşmağa məcbur edilən xalqa heç bir kömək yox idi. Millət ancaq öz iradəsinə, əzmkarlığına və hər şeyindən, ö cümlədən canından keçməyə hazır olan övladlarının mərdliyinə,mətinliyinə güvənib duruş gətirirdi. Hətta, qalib də gəlirdi.

Lakin tettorçu birləşmələrı darmadağın edə biləcək, sərhədləri qoruya biləcək nizamlı Ordunun yaranması zərurəti həyatı əhəmiyyət daşıyırdı. Ordunun formalaşdırılması və hücumları dəf etməsi üçün də ona silah-sursat, geyim, ərzaq və digər müazimələrlə təhcizatı lazım idi. Eyni zamanda bunlar qədər vacib mənəvi dayaq, ruh yüksəkliyi, döyüş qabiliyyətinin artırılması da qələbəyə gedən yolu yaxınlaşdıran amillər idi.

Belə çətin bir vəziyyətdə Etibar Məmmədov yenə sinəsini qabağa verdi. O, meydanlarda milyonların iştirak etdiyi izdihamlı mitinqlərdə xalqı azadlığına və müstəqiliyinə qovuşmasına səfərbər etməklə, onun haqq səsinin eşidilməsinə çalışmaqla yanaşı, həm də səngərdə döyüşən əsgərə, müalicə alan yaralılara diqqət və qayğısını əsirgəmirdi. Etibar bəyin yenicə yaranan Azərbaycan Milli Ordusunun silah-sursatla, döyüş texnikası, ərzaq və başqa zəruri ehtiyaclarla təhciz olunmasında xüsusi və əvəz olunmaz xidmətləri var.

E.Məmmədov tez-tez Hərbi Hospitalda və digər səhiyyə müəssisələrinə gedərək, orda müalicə alan yaralı əsgərlərə maddi və mənəvi dəstəyini göstərirdi. Dava-dərmanla, sarğı materialları ilə çətinliklərin yaşanmamasına çalışırdı.

AMİP-çilər yaralı qardaşlarına öz qanlarını belə əsirgəmirdi. Bu qan kiminsə yenidən həyata qaytarılması, kiminsə sağlamlığını bərpa edərək yenidən döyüş meydanına dönməsi demək idi. Bu qan Azərbaycana verilən qan idi. AMİP-çilər Azərbaycan uğrunda təkcə qan tökməyiblər, həm də qan veriblər..