AMİP-çilər mitinqlərdə iştirakla bağlı tam sərbəstdirlər

 Milli Şura sentyabrın 11-də mitinq keçirməyi planlaşdırır. AMİP-in bu aksiyada iştirakı məsələsi böyük maraq doğrur. Odur ki, AMİP Siyasi Şurasının üzvü Əli Orucovla əlaqə saxlayaraq mitinqdə iştirakla bağlı gözləntilərə aydınlıq gətirməsini istədik.

Onun fikrincə, kütləvi aksiyalara cəmiyyət geniş dəstək verməyənədək kütləvilik alınmayacaq. Bu isə aksiyaların effektliliyini təmin etməyəcək. Lakin bununla belə hakimiyyətin yürütdüyü yarıtmaz siyasətə, ölkədə dərinləşən böhrana etiraz bildirilməlidir.

 Dinc aksiyalar əksinə həm cəmiyyətə, həm də iqtidara xeyir verir. Çünki bununla hakimiyyət arxayın olmur, səhvlərini anlayır, ölkədəki radikallaşmanın qarşısını ala bilir, cəmiyyət isə öz təsirini göstərmiş olur.
O ki qaldı Milli Şuranın və Müsavat Partiyasının keçiricəkləri mitinqlərdə AMİP-in iştirakı məsələsinə bu barədə bizə hər hansı müraciət olunmayıb. Odur ki, partiya olaraq iştirakımız gözlənilməsə də, üzvlərimizin də sərbəst toplaşma azadlığı hüquqlarının məhdudlaşdırılması da yoxdur. Partiya üzvləri mitinqlərdə istirakla bağlı qərarlarında tam sərbəstdirlər.