AMİP lideri Etibar Məmmədov Nigar Əlicanlını təbrik etdi

AMİP Lideri Etibar Məmmədov AMİP Mərkəzi Şurasının sədr müavini Nigar Əlicanlını təbrik edib. "Millət”ə daxil olan həmin təbrikdə deyilir:

"Hörmətli Nigar xanım!

Sizi 50 illik yubleyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə uğurlar arzulayıram.

Siz, Azərbaycanın istiqlal mübarizəsində nümunə ola biləcək cəsarət və qətiyyət göstərmisiniz. Qeyrətli və fədakar Vətən övladı kimi üzərinizə düşən vəzifələri vicdanla yerinə yetirməkdəsiniz. Azərbaycan qadınının məğrurluq və özünəgüvən xüsusiyyətini özünüzdə əks etdirərək, ən çatın sınaqlardan alınıacıq çıxmısınız. Ən çətin anlarda büdrəməmisiniz.

AMİP-in Qax Rayon Təşkilatına sədrlik etdiyiniz dönəmlərdə, təşkilat Sizin rəhbərliyinizlə, yüksək təşkilatçılığınız və tələbkarlığınızla qarşıya qoyulan tapşırıqları və vəzifələri uğurla yerinə yetirmisiniz. Nümunəvı və qabaqcıl rayon təşkilatlarından biri kimi üzərinizə böyük yük düşüb və bu yükü də yarı yolda buraxmamısınız.

Partiyanın cəmiyyətdə aparıcı partiyalardan biri olmasında Sizin də zəhmətiniz var. AMİP Mərkəzi Şurasının sədr müvini kimi yüksək vəzifəyə etimad qazanmağınız illərdən bəri çəkdiyiniz zəhmətin, göstərdiyiniz fəaliyyətin, müsbət şəxsi keyfiyyətlərinizin nəticəsidir. İnanıram ki, arzusunda olduğunuz və daşıdığınız ali ideyaların, prinsiplərin, eləcə də tutduğunuz məqsədlərin həyata keçməsinə birlikdə nail ola biləcəyik.

Sizi bir daha təbrik edir, yeni-yeni nailiyyətlər arzulayıram

Etibar Məmmədov

AMİP Lideri

Bakı şəhəri, 14 aprel 2017-ci il"