AMİP Lideri Etibar Məmmədov
AMİP Mərkəzi Şurasının üzvü Suqra Nəcəfovanı 60 illik yubleyi münasibəti
ilə təbrik edib. Təbrikdə deyilir:
Sizi 60 illik Yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür , möhkəm can sağlığı şəxsi həyatınızda və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Siz təcrübəli və yüksək hazırlıqlı müəllim olaraq ömrünüzü gənc nəslin təlim-tərbiyəsinə, müasir dövrün tələblərinə cavab verən təhsil almasına və milli-mənəvi dəyərlərə sahib çıxmasına həsr etmisiniz. Eyni zamanda gənclərin Vətənpərvərlik və Mübarizlik ruhunda yetişməsində, eləcə də dünyaya çıxış əldə etməsində əmək sərf edirsiniz. Sizin simanızda Azərbaycan qadınının öz Dövləti və Xalqı üçün yorulmadan və əzmkarlıqla necə çalışdığı bir daha aydın görünür. Siz bir ziyalı kimi üzərinizə düşən vəzifələrin də öhdəsində bacarıqla gələrək, bu adı doğrultmusunuz.
İctimai-siyasi fəaliyyətiniz gərgin və şərəfli mübarizələrdən keçib. AMİP üzvü kimi Azərbaycanın ictimai-siyasi həyatında aktiv iştirak etmisiniz. Siz mücadiləni həm auditoriyalarda, geniş salonlarda, həm də yüzminlərin qatıldığı meydanlarda aparmısınız. Ailə üzvlərininiz də Milli İstiqlal ideyalarının daşıyıcısı olması məhz Sizin nə qədər bu ideyalara bağlığınzın və onu təbliğ etməyinizin bariz nümunəsidir. Sizə dəfələrlə etimad göstərilərək partiyanın seçkili qurumlarına üzv seçilmisiniz. AMİP-in irəli sürdüyü namizəd olaraq parlamnet və bələdiyyə seçkilərində seçicilərin böyük dəstəyini qazanmağınız həm partiyanın, həm də Sizin cəmiyyətdə olan nüfuz və inamınızın nəticəsidir.
Sizi bir daha təbrik edir, bundan sonra da Dövlətimiz, Millətimiz, Xalqımız və onun daha güclü və böyük olması naminə çalışmağınızı və qalib gəlməyinizi arzulayıram.
Etibar Məmmədov
AMİP Lideri
29 iyul 2017-ci il Bakı şəhəri