AMİP seçkilərə fəal başlayıb

Bələdiyyə seçkilərinə bir həftədən çoxdur ki, start verilib. Buna baxmayaraq ölkədə seçki ab-havası yoxdur. Ölkədə fəaliyyət göstərən partiyalar da prosesə qoşulmağa həvəs göstərmirlər. Hətta, seçkilərdə iştirak etməyəcəyini bəyan edən siyasi qüvvələr də var.  Bunlardan fərqli olaraq AMİP seçkilərə iştirakla bağlı qərar verib. Seçki prosesinin rəsmən başlandığını nəzərə alaraq AMİP-də bunula bağlı görülən işlər barədə partiyanın təşkilat katibi Nazim Ələsgərovun fikirlərini öyrəndik. Partiya yetkilisi bildirdi ki: "AMİP olaraq Şimal(Xaçmaz), Şimal Qərb (Şəki), Cənub(Lənkəran), və Qərb (Gəncə) zonalarında müşavirələr keçirmişik.

Görüşlər zamani məlum oldu ki, üzvlərimiz seçkilərdə iştirak etməyə həvəsli deyillər. Səbəb kimi 1995-ci ildən bəri baş verən saxtakarlıq,və seşki mühitinin olmamasi göstərilir.

Buna baxmayaraq ,partiyamiz bütün seçkilərdə iştirak etdiyi üçün 23 dekabr 2014-cü ildə keçiriləcək  Bələdiyyə seçkilərində iştirak etmək qərari verib"