AMİP sədri, deputat Arzuxan Əlizadə vətəndaşları qəbul etdi

AMİP sədri, deputat Arzuxan Əli-zadə seçicilərlə görüşüb. Partiyadan "Millət"ə verilən məlumata görə, Bu gün Sabunçu rayonu, Nikolay Baybakov 258 ünvanında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əli-zadənin növbəti vətəndaş qəbulu baş tutub.

Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət olunacağı bildirilib. 

Deputat, seçicilərlə mütəmadi görüşlərin onların problemlərinin operativ həlli baxımından əhəmiyyətini vurğulayaraq, qaldırılan hər bir məsələnin diqqətdə saxlanacağını qeyd edib.

Millət