AMİP Siyasi Şurasının üzvü, partiyanın Qadınlar Təşkilatının sədri Aminə Vəliyeva veteran AMİP-çi Sevil Cahaninin vəfatı ilə bağlı öz facebook səhifəsində xatirələrini bölüşüb:
"Sevil Cahanini "Çənibel", "Qurtuluş, "Ziyalılar" və başqa birliklərdən tanıyırdım. Ən çox da Hatəminin, Xəlil Rzanın,Vurğun bəyin, Xudu Məmmədovun apardığı tədbirlərdə görmüşdüm və orda tanış olmuşduq. Sonrada 1988-ci il mitiqlərində çıxışı ilə hamımızın hörmətini qazanmışdı. Gənclərimizin Rusyada hərbi xidmət keçməsinə mane olmaq üçün anaları etraz etməyə çağırırdı. Sevil xanım əsil bir qəhramanlıq simvolu idi. Sözün əsil mənasında həm də qəhrəman ana idi .Sevil xanım haqqında dastanlar yazılsa da, azdır. O, hamilə olarkən Moskva nümayəndəliyində Rusiyaya qarşı etirazına görə dizi üstündə oturdurmağa məcbur edilməsi haqqında "Azadlıq" radiosunda Mirzə Xəzər də məlumat vermişdi .
Əzizim, dəyərlim, hərakatda addım-addım birlikdə gəzdiyim, gözəlliyinə, cəsarətinə heyran olduğumuz Sevil Cahanıİ aramızdan köçdü. Oğlu Bəhruz bəy demişkən, " Allah bildiyi yerə getdi" . Allah rəhmət eləsin. Ruhun şad, məkanın cənnət olsun".
Millət