Oktyabrın 1-də Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı müzakirələr aparılıb. Siyasi Şura bələdiyyə seçkilərində iştiraka qərar verib.
Seçki Məcəlləsinə görə, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Qanunla seçki səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır. Qeyd edək ki, Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də olub. Bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Onların səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan, müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilər.
Müxalifət partiyası olan AMİP-in, eləcə də digər müxalif partiyaların bələdiyyə seçkilərində iştirakı ölkədə parlamentarizmin, bələdiyyə təsisatlarının inkişafına nə kimi təsir göstərə bilər? Partiyanın seçkilərdə iştirakla bağlı digər müxalifət partiyalarına tövsiyələri nədir?
Suallarımızı cavablandıran AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bələdiyyələr seçkili orqan olduğu üçün kifayət qədər ciddi qurum sayıla bilər: "Bu gün bələdiyyələrin statusu lazımi səviyyədə deyil və yerli idarəçiliyə müdaxilə edə bilmirlər. Bu artıq başqa söhbətin mövzusudur. Ancaq fakt ondan ibarətdir ki, Azərbaycan Konstitusiyasında nəzərdə tutulduğu kimi, bələdiyyələr əsas yerli idarəetmə orqanıdır. Bu mənada müxalifət partiyalarının bələdiyyələrdə təmsil olunması ölkənin yerli idarəçiliyində öz sözünü deməyə bərabər bir məsələdir. Ümumilikdə götürdükdə, siyasi təşkilatlar fəaliyyətlərini o müstəvidə qurmalıdır ki, mütləq mənada ölkədə keçirilən bütün seçkilərdə iştirak etməlidir. Hakimiyyətə gəlmək missiyasını qarşısına qoyan siyasi təşkilat buna seçkilər vasitəsilə nail olmalıdır. Bu mənada hesab edirəm ki, siyasi partiyalar bu seçkilərdə fəal iştirak etməlidir. Biz bu konteksdən çıxış edərək bələdiyyə seçkilərində iştirakla bağlı qərar verdik. Artıq bu məsələ ilə bağlı rayon təşkilatlarında işlərə başlamışıq. Ümumilikdə siyasi partiyaların bu seçkilərdə iştirakı, bələdiyyələrdə təmsilçiliyi yerli idarəetmə orqanlarına inamın yaranmasına və bu institutun inkişafına töhfə vermiş olacaq"./Bakı Xəbər/