Azərbaycan xalqının başına gətirilən faciələr çoxdur, amma onların arasında xüsusi amansızlıqla həyata keçirilmiş, 31 Mart 1918- ci il hadisələri xüsusi olaraq diqqət mərkəzində saxlanılmalıdır ,düşuncəsindəyəm.Çünki, bu hadisələr, erməni millətçilərinin vəhşiliyi kimi, gələcək nəsillərə, dünya ictimaiyyətinə çatdırılmalıdır və tarixi həqiqətləri hər kəs bilməlidir. Çünki, dünyanın bəzi ölkələrində insanlar ittihamlar səsləndiridikdə heç olmasa bu faktlar qarşısında əllərini vicdanlarına qoyaraq düşünərlər, bəlkə. Daşnak-bolşevik silahlı dəstələri, 1918-in mart-aprel aylarında Bakı sovetinin mandatı altında Azərbaycanın müxtəlif bölgələrində yaşayan, xüsusidə müsəlmanlara qarşı kütləvi şəkildə etnik zəmində zorakılıqlar, talanlar və poqrom həyata keçirməyi qərara aldılar və həyata keçirilən poqrom və qətliamlar şiddətinə və masştabına görə bəşər tarixinin ən qanlı qətliamları ilə müqayisə olunmağa belə imkan verdi.
Mart qətliamları kimi tanınan bu qanlı hadisələr, bu gün Azərbaycan xalqının , xüsusilə də öz dönəminin müsəlman təbəqəsinə qarşı , tarixin ən qanlı və ən qəddarlıqla həyata keçirilən,törədilən soyqırım aktı olaraq yerli və dünya ictimaiyyətinə təqdim olunur. Yüzlərlə yaşayış məntəqəsi və kəndlər talan edilərək yandırılmış və onminlərlə dinc soydaşımızın,qoca ,uşaq,qadın demədən,müxtəlif üsullarla,ən qəddarcasına həyatına son qoyulmuşdur. Məscidlər, qəbirstanlıqlar, tarixi abidələr və digər tikililər dağıdılmış və atəşə verilmişdir. Erməni-Rus birliyinin həyata keçirdiyi bu qanlı hadisələr, əslində Azərbaycana qarşı yürüdülən çirkin siyasətin və məkirli planların tərkib hissəsi olaraq öz təsdiqini tapdı və bunun davamı olaraq Zəngəzur da əlimizdən alınaraq,
Ermənistana verildi. Bununla da kifayətlənməyib, yuxarı və aşağı Qarabağı yenidən birləşərək bu mənfur cütlük, işğal etdi. Amma, o zaman olduğu kimi indi də qardaş Türkiyə, vəfalı türklər bizi meydanda tək buraxmadi və köməyimizə özlərini çatdırdılar. 44 günlük Vətən müharibəsində aldığımız möhtəşəm qələbə, bütün dövrlərdə məruz qaldığımız zülüm və istirablara və günahsız soydaşlarımızın qətlə yetirilməsinə qarşı cavab oldu və onların qanı yerdə qalmadı.
Çingiz Şahbazi
Politoloq