Azərbaycan xalqının birlik modeli

-Xalqı bəlağətli çıxışlarla, milli hissiləri oyatmaqla milli birliyə çağırmaq, işin birinci hissəsidir.
Birliyin modeli və siyasi texnologiyaların ən sadə formasını topluma təklif etmək lazımdır.
Bunlar müxtəlifdir.
-Lakin ölkənin mövcud durumunda ən əlverişli birlik modeli bu iqtidar tərəfindən fəaliyyəti məhdudlaşdırılan partiya institutlarının işinin təşkil edilməsi üçün,xalqın kütləvi olaraq bu partiyalara şifahi də olsa tərəfdarlıq mövqeyini müəyyənləşdirməsi vacibdir.
*Birlik sözlə deyil real fəaliyyətlə yarana bilər.*
-Hakim Yeni Azərbaycan partiyası ölkəni dərin böhrana saldı və hələ də aclıq və səfalətə düçar etdiyi xalqa qarşı silah işlətməkdən belə çəkinmir.
Etiraz mitinqlərində iqtidar tərəfindən öyrədilmiş şəxslərin şəxsi problemlərinin qabardılması,hakimiyyətin davam etməsinə hesablanmış siyasi texnologiyalardır.
Müvəqəti olaraq çörəyin qiymətini aşağı endirməklə, kütləni sakitləşdirib həmin rayondan yüzlərlə vətəndaşı həbs edərək,əhalini qorxu altında saxlayacaqlarına güman edənlər yanılırlar.
*Böhran getdikcən dərinləşəcək, kütləvi üsyanlarla müşayət olunacaq.*
-Ölkənin bütün bölgələrində kütləvi olaraq inandığınız müxalifət partiyalarının ətrafında birləşin.Bu halda iqtidar represiyalara son qoyacaq və xalqın haqlı tələblərini eşidəcəkdir.
Ayrılıqda başlanan etirazlar lokal xarakter daşıyaraq ictimailəşməyəcək,şəxsiləşəcək və avtoritar rejimdə bundan öz məqsədi üçün istifadə edəcək.
Bu gün xalqın milli birliyinə nail olmaq üçün müxalifət partiyalarına tərəf getmək, partiyaların olmadığı yerlərdə yeni şöbələr yaratmaq məqsədə uyğundur.
*BÖLGƏLƏRDƏ VƏ MƏRKƏZDƏ FƏALLAŞMIŞ PARTİYALARIN BİRLİYİ XALQIN BİRLİYİNİN TƏCƏSSÜMÜDÜR.*
Xalqın müdafiə etdiyi müxalifət partiyaları tələbləri siyasiləşdirib, hakimiyyətin taleyini həll edərək ölkəni ağır iqtisadi böhrandan qurtara bilər.
Bu hər bir vətəndaşa konstitusiya ilə verilmiş hüququdur.

Şakir Ulubəy
Dünyəvi Bozqurd Partiyasının sədri