Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv edilə bilər.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bununla bağlı qanun layihəsi hazırlandığını deyib.
Deputat onu da qeyd edib ki, iki il müddətində fəaliyyət göstərməyən partiyaların bağlanması da nəzərdə tutulur.
Modern.az saytına açıqlama verən Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin səlahiyyətlərini icra edən Arzuxan Əlizadə hazırlanan qanun layihəsini dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan kiçik ölkədir və burada 55 partiyanın olması real deyil: "Milli Məclisdə belə bir məsələnin müzakirəsi bir müddət öncə bizim səsləndirdiyimiz fikirlərlə üst-üstə düşür. Əslində normal demokratik seçki mühiti olan ölkələrdə partiyaların seçkidə gücü sınaqdan çıxarılır və nəticə etibarilə hansı partiyanın güclü, hansı partiyanınsa zəif olması müəyyən edilir. Artıq kiçik, əhalinin səslərini toplaya bilməyən siyasi partiyalar ya yavaş-yavaş sıradan çıxırlar, ya da bir partiyada təmsil olunmağa başlayırlar.
Azərbaycanda son illərdə çoxlu siyasi partiya qeydiyyatdan keçməyə başlayıb. Bunun hesabına vacib siyasi partiyalar bir növ kölgədə qalır. Hesab edirəm ki, siyasi partiyalar qeydiyyatdan keçirsə, fəaliyyəti ilə bağlı cəmiyyətə mesaj verirsə, o zaman ölkənin seçkili qurumlarında təmsilçiliyə və ya ölkənin hakimiyyətinə iddialı olmalıdır. Düşünürəm ki, bir özü və bir portfeli olan partiyalar ölkədə keçirilən seçkilərdə öz namizədləri ilə iştirak etmirsə, hakimiyyət və seçkili qurumlarda təmsilçiliyə iddialı deyilsə, onların qeydiyyatının ləğv olunması birmənalı qarşılanmalıdır ”.
Müsavat Məclisinin sədri Nüşabə Sadıqlının fikrincə, seçkidə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi ilə bağlı hazırlanan qanun layihəsi müxalifdə olan və seçkilərdə iştirak etməyən bir sıra siyasi partiyaların sıradan çıxarılması üçün bəhanədir: "Qanun layihəsi partiyaların müqəddəratını həll edəcək gücə malik olmamalıdır. Seçkilərdə iştirak etməyən partiyaların ləğv olunması qanunvericilikdə nəzərdə tutulmayıb və bu, həmin partiyaların ləğvi üçün, sadəcə, bəhanədən başqa bir şey deyil ”.
ADP sədri Sərdar Cəlaloğlu siyasi partiyaların seçkilərdə iştirakının Konstitusiya ilə müəyyən edildiyini deyib. Onun sözlərinə görə, seçki hüququ azaddır:
"Bu hüquqdan siyasi partiyalar istəsələr istifadə edərlər, istəməsələr etməzlər. Bu qanun layihəsi hazırlanırsa, o zaman gərək seçkidə iştirak xərcini dövlət öz üzərinə götürsün. Televiziyalarda təbliğata imkan verilmədiyi, reklam üçün xərc ayrılmadığı bir şəraitdə dövlətin seçkilərdə iştirakı məcburi etməsi təqdirəlayiq addım deyil”.