Fransada bir neçə həftədir hakimiyyətə qarşı "sarı jiletlər”in mitinqləri keçirilir. Etirazçılara qarşı hökumət qüvvələri həddən artıq güc tətbiq etsələr də, insanları küçələrdən yığmaq mümkün olmayıb. Nəticədə prezident Emanuel Makron verdiyi qərarlardan geri çəkilməyə məcbur oldu.
Təcrübə göstərir ki, Azərbaycanda müxalifət zaman-zaman yaxın-uzaq xaricdə baş verən bu cür "rəngli” hərəkətlənmələrdən, inqilablardan həvəslənərək həmin prosesləri burada da təkrarlamağa cəhdlər ediblər. Məsələn, 2004-cü ildə Ukraynada "narıncı inqilab”dan sonra Azərbaycan müxalifəti narıncı rəngdə bayraqlar, geyimlərlə meydana çıxmışdı.
İndi də müxalifət Fransada "sarı jiletlər”dən ilhamlana və sarı jilet geyinib meydana çıxa bilərmi? Azərbaycan müxalifətinin Fransa kimi ölkədə aksiya keçirənlərə güc tətbiq edilməsinə münasibəti necədir?
AMİP Siyasi Şura üzvü Əli Orucov isə bildirdi ki, Fransada hökumət geri addım atsa da, etirazlar səngimək bilmir və Avropanın digər ölkələrinə də sıçramaqdadır. Lakin bunun Azərbaycana hansısa təsiri gözlənilmir: "Əvvəla, Fransa Azərbaycandan çox uzaqdadır və bütün parametrlərə görə Azərbaycanla müqayisədə kəskin fərqlənir. Fransada sindikatlar, həmkarlar ittifaqı proseslərin önündədir. Və bu proseslər daha çox sosial xarakterlidir. Lakin Azərbaycanda iri müəssisələr və sindikatlar yoxdur, həmkarlar ittifaqları isə formal xarakter daşıyır. Eyni zamanda siyasi fəallıq, ictimai şüur Fransadakı kimi deyil.
Azərbaycanda müxalifət çox pərakəndə və zəifdir, siyasi mübarizə meydanı dar çərçivədədir. Ölkədəki narazılıq və etirazlar fərqi xarakter daşıyır, ictimailəşməyib, məişət səviyyəsindən yuxarı qalxmayıb. Digər tərəfdən, beynəlxalq güclərin Azərbaycanda hansısa sabitliyin pozulmasında və ya dəyişiklikdə marağı görünmür. Ona görə də nəinki Fransa kimi uzaq ölkədə, hətta bizə yaxın regionlarda demokratikləşmə proseslərinin Azərbaycana o qədər də ciddi təsiri olmur. Müxalifətin ictimai-siyasi proseslərə güclü təsiri hiss edilmir. Həmçinin xalq-müxalifət arasında əlaqə, sıx münasibətlər çox zəifdir. Problem həm də ondan ibarətdir ki, ölkədə hər hansı dəyişiklikləri kənardan gözləyən hələ də müxalif qüvvələr var. Onlar elə düşünürlər ki, Fransada, ərəb ölkələrində, yaxud elə Gürcüstanda gedən proseslərin eynisini Azərbaycana transfer etməklə nəyəsə nail olmaq olar. Lakin dəyişikliklərə nail olmaq üçün müxalifət-xalq vəhdətinə və narazı kütlənin maraqlarını ifadə etməyə, onu proseslərə cəlb etməyə, inandırmağa nail olmaq lazımdır".
AMİP yetkilisi onu da dedi ki, Azərbaycan müxalif liderlərinin xeyli hissəsi köhnəlib və uğursuz siyasətləri ilə siyasi nihilizmin yaradılmasında özləri də bilmədən iqtidara yardım ediblər. Yeni qüvvələr, yeni yanaşma, yeni simalar və yeni ruh gəlməlidir.
"Yeni Müsavat”