Azərbaycanda ilk dəfə tətbiq olunacaq

“Azərbaycanda ekstrakorporal (süni) mayalanma bir dəfə dövlət vəsaiti hesabına həyata keçiriləcək”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil ediləcək. (report)