Azərbaycanda məmurları tənqid etmək olmaz?

Azərbaycanda əksər hökumət məmurlarının qanuna zidd olaraq şəxsi bizneslə məşğul olduqları heç kimə sirr deyil. Onlar bu sayaq şəxsi bizneslərini nəinki təkcə Azərbaycan daxilində, hətta bir sıra xarici ölkələrdə də qurublar. Sözdə qanunun aliliyindən dəm vuran bu məmur kütləsi, özlərinə gələndə qanunları ayaqları altına atırlar.

Həmin məmurların bu qanuna zidd əməlləri, özbaşınalığı bir namuslu vətəndaş olaraq jurnalist həmkarımızı çox narahat etdiyindən bu barədə araşdırma aparmaq qərarına gəlib. O, Azərbaycan Respublikasının Abşeron Rayon, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 35-də yaşayan Müşfiq Asif oğlu Əliyevdir.Məmurların şəxsi biznesləri ilə bağlı apardığı araşdırmalar nəticəsində əldə etdiyi nəticələri internetdə və sosial şəbəkələrdə paylaşıb. Bir müddət Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstanın paytaxtı Tiflis və Rusiyanın bir çox şəhərlərində olaraq həmin məmurların buradakı biznes şəbəkələrini də araşdırıb

Həmin andan etibarən Müşfiq Əliyev onlar və onların öyrədilmiş adamları tərəfindən dəfələrlə sıxıntılara məruz qalmış, təqiblərlə üzləşib. Dəfələrlə heç bir əsas olmadan polis tərəfindən çağırılıb. Burada da fiziki və psixoloji təzyiqlərə məruz qalıb.Gizli nömrələrdən gələn təzyiq xarakterli telefon zənglərində hətta onu təhqir edərək cəzalandıracaqları ilə hədələyiblər. Belədə Facebook səhifəsində, habelə yaşadığı ərazidə sakinlərlə söhbətlərdə hakimiyyətdəki qanuna zidd hərəkət edən məmurları sərt tənqid etməyi üçün onu heç bir real əsas olmadan təqib olunmağına səbəb olub.

O, həmçinin hakimiyyətə müxalif olan və sivil cəmiyyətin qurulması uğrunda demokratik dəyərlərə istinad etməklə mübarizə aparan REAL hərəkatının gənc üzvüdür. Bu amilin özü də ona qarşı yönələn təzyiqlərə rəvac verib. Edilən təzyiqlər fonunda 2016-cı ilin aprelin 10-dan etibarən axtarışa verilib.Ona qarşı yönələn bu təqiblərə dözə bilmədiyindən sığınacaq almaq üçün Almaniyaya mühacirət etməli olub. Artıq geri dönə bilmir. Çünki geri dönəcəyi tədirdə heç bir qanuni əsas olmadan onu həbs cəzası gözləyir. Beləliklə bir jurnalistimiz də, məmurların qanunsuz hərəkətlərinə görə öz doğma yurdundan didərgin salınıb.

İbrahim Məmmədli