Azərbaycanda parlament üzvlərinin sayı artırılmalıdır

"Mayın 15-də iqtidar-müxalifət görüşündə gərginliyin olması barədə deyilənlər həqiqətə uyğun deyil. Hesab edirəm ki, görüş səmimi şəkildə keçirildi və məhsuldar oldu. Görüşdə geniş çıxış etmək imkanım oldu və müxalifəti narahat edən bir çox məsələni qaldırdım. Qarşıdan gələn parlament seçkiləri ilə bağlı təkliflər irəli sürdüm. Hər hansı gərginlikdən söhbət belə gedə bilməz".

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə mayın 15-də keçirilən iqtidar-müxalifət dialoquna münasibət bildirərkən qeyd edib.

Y.Bağırzadə qeyd etdi ki, o, parlament üzvlərinin sayının artırılması təklifi ilə çıxış edib: "Azərbaycan əhalisinin sayına görə Ermənistan və Gürcüstanı qabaqlayır. Eləcə də, bəzi Avropa ölkələri var ki, əhalisinin sayı bizimkindən az olmasına baxmayaraq, parlament üzvləri 125-dən çoxdur. Bu mənada hesab edirəm ki, Azərbaycanda da parlament üzvlərinin sayı əhalinin sayına uyğunlaşdırılmalıdır.