“Azərbaycandakı həbsxanalar ölüm düşərgələridir”

Əli Orucov: "Həbsxanalarda rüşvət və korrupsuya, özbaşınalıqlar baş alıb gedir”

Xəbər verdiyimiz kimi ,Penitensiar Xidmətin rəis müavini general Hüseyn Əlixanov həbsxanaları əsl istirahət mərkəzi kimi təqdim edərək bu halın narahatlıq doğurduğunu, yaxşı baxımın dustaqları yeni cinayətlərə sövq edə biləcəyini bildirib.

Maraqlıdır, yolu həbsxanalara tez-tez düşən müxalifət necə, həbsxanalardakı şəraitdən razıdırmı? Doğrudanmı, həbsxanalarımızdakı "ideal şərait” insanların yenidən ora qayıtmasına sitimul verə bilər?

Bununla bağlı Moderator.az-a açıqlama verən AMİP yetkilisi Əli Orucov Azərbaycandakı həbsxanaların yalnız ölüm düşərgələri ilə müqayisə edilə biləcəyini vurğuladı:

"Mən heç kəsə həbsxana həyatı arzulamıram. Hətta orda şərait lap yüksək səviyyədə, konfortlu olsa da. Lakin bu deyilənlər ağ yalandır. Azərbaycanda həbsxanalar ölüm düşərgələridir. Orda olmasam da, amma eşitdiklərimdən belə qənatə gəlmək mümkündür. Həyatın bütün sahələrində olduğu kimi həbsxanalarda və islah müəssisələrində rüşvət və korrupsuya, özbaşınalıqlar baş alıb gedir.

Azərbaycan iqtidarı təkcə öz siyasi rəqiblərinə, müxalifətə deyil, sadə vətəndaşlarına da zülüm edir. Bu zülüm isə yerdə qalmaz. Cinayətkarı islah etmək üçünsə öncə cinayətə səbəb olacaq halları aradan qaldırmaq lazımdır”.