Son illərdə Azərbaycan müxalifəti sanki siyasi səhnədən çəkilib. Müxalifət funksionerləri, liderlər sosial şəbəkələrdə və xeyir-şər işlərində görünür.
Siyasi şərhçilər bu passivlikdə daha çox müxalifətin özünü günahkar görürlər. Doğrudur, hakimiyyət tərəfindən olan basqılar da burada az rol oynamır. Lakin müxalifətdaxili intriqalar, qarşıdurmalar, düşərgə liderliyi uğrunda mübarizə, liderlərin şəxsi ambisiyalarını öndə tutmalarının demokratik düşərgənin sıradan çıxmasına başlıca səbəb olduğu qaçılmazdır.
AMİP Siyasi Şura üzvü Əli Orucov deyir ki, bu insanlar 25-30, bəlkə də
daha çox vaxt ərzində bir yerdə mübarizə aparıb, sınaqlardan çıxıblar,
çiyin-çiyinə vuruşublar, indi də bütün çətinliklərə baxmayaraq yenə də
bir yerdədir:" Xeyir-şər işlərində iştirak etmək xalqımızın ən gözəl adətlərindən biridir. Yaxın dostların, əqidədaşların sevincinə sevinib, kədərinə kədərlənmək yüksək insani keyfiyyətlərdir. Bu insanlar 25-30, bəlkə də daha çox vaxt ərzində bir yerdə mübarizə aparıb, sınaqlardan çıxıblar, çiyin-çiyinə vuruşublar, indi də bütün çətinliklərə baxmayaraq yenə də bir yerdədir. Bu işlərin siyasətə qarışacağı yoxdur.
Lakin mövcud siyasi situasiyanın və siyasi institutların vəziyyətinə toxunacaq olasaq, burada təktərəfli iqtidarı günahlandırmaq ədalətsizlik olardı. Təbii ki hakimiyyət daha çox günahkardı. Amma başqa amillər də, xarici və daxili faktorları da diqqətə almalıyıq. Yəni bunun səbəblərini izah etməyə çalışsaq böyük zaman alar. Qısaca olaraq onu demək istərdim ki, Azərbaycandakı durumun indiki hala gəlib çıxması 1992-ci ildə AXC-nin hakimiyyətə gəlməsidir. İdarəçiliyi bacarmayan Elçibəy hökumətinin buraxdığı çox ciddi səhvlər ucbatından Milli azadlıq hərəkatına və hərakatın nəticələrinə ölüdürücü zərbə vurdu. İnsanların ümidləri qırıldı. Kommunistlərin hakimiyyətini devirərək, ağ günə çıxmaq ümidi ilə yaşayan xalq yenidən kommunistlərin əsarətinə düşdü. O vaxt xalqın böyük inam bəslədiyi liderlər özlərini nəinki doğrultmadılar, əksinə əvvəlki hakimiyyətdəkilərdən daha betərini etdilər. İndi də həmin uğursuz siyasi liderlər siyasi meydanı zəbt etməkdədirlər. Siyasət onların monopoliyasındadır. Hakimiyyətə də bu insanların siyasətdə qalması sərf edir, onlara sünii nəfəs verməklə siyasi arenada saxlayır. Ona görə də yeni siyasətçilərin, yeni liderlərin yetişməsinə, onların proseslərə qatılmasına imkan verilmir. Yeniləri yox kimidir, köhnələr də ənənəvi mübarizə üsullarından, küçə və meydan təfəkküründən kənara çıxa bilmir. Nostalgiyadan ayılıb, müasir siyasi innovasiyaları və texnalogiyaları mənimsəyə bilmirlər.
Hakimiyyət də müxalifət düşərgəsindəki bu zəifliyi və natamamlığı görüdüyündən özü də yeniliyə can atmır. Sanki indiki status-kvo iqtidarı da, müxalifəti də qane edir. Xalq faktoruna gəlincə isə, idarəetmədən, indiki siyasi rejimin fəaliyyətindən və siyasətindən geniş narazılıqlar olsa da, yuxarıda dediyim ümidsizlikdən, müxalifətə inamsızlıqdan, qorxu və təzyiqlərdən çəkinərək siyasi proseslərə fəal şəkildə qoşulmur. Bilir və görür ki, müxalifətin kadr vitrinində, iradəsində, potensialında da onun problemini həll edəcək faktorlar ya yoxdur, ya da çox zəifdir. İllərdən bəri iqtirın təbliğat maşını əsasən onun üzərində qurulub ki, 1992-1993-cü ildə hakimiyyətə gəldiniz, nə etdiniz, dövləti vətəndaş müharibəsinə, uçuruma, və sairəyə sürüklədiniz. Xalq yenidən o illərə qayıtmaqdan qorxurudulur və qurxur.
Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda vətəndaş cəmiyyətinin və siyasi təsisatların indiki açınacaqlı duruma salınmasında Qərb Azərbaycan iqtidarı ilə müştərək fəaliyyət göstərdi. Qərbin də istəyində Azərbaycanda demokratiyanın bərqərar olunması yox idi, indi də yoxdur. Qərbin Azərbaycandakı maraqları ilə hakimiyyətin maraqları üst-üstə düşdüyündən ilk növbədə seçki sistemi, ardınca müstəqil media sıradan çıxarıldı, siyasi partiyaların və QHT-lərin fəaliyyəti məhdudlaşdırıldı. Orta təbəqəni məhv etdilər. Azərbaycandakı demokratik qüvvələrin beynəlxalq əlaqələrinə və beynəlxalq təşkilatlarla əməkdaşlığına imkan verilmədi və s. Bununla da Azərbaycan qismən qapalı ölkəyə çevrildi. Belə bir ölkədə və belə bir şəaritdə təbii ki, müaxifətçi olmaq, müxalifət partiyasında fəaliyyət göstərmək böyük risk və mən deyərdim əsil fədakarlıqdır.
Mən bütün bunlara rəğmən pessimist deyiləm. İnanıram ki, müxalifət düşərfəsi olaraq biz ölkədəki mövcud xoşa gəlməyən, antidemokratik mühiti dəyişə biləcəyik. Təbii ki, xalqın dəstəyi ilə bu baş verəcək. Çünki başqa yol yoxdur. Müxalifətin meydandan sıxışdırılıb çıxarılması radikal qrupların, yaxud da digərər cinayətkar ünsürlərin fəaliyyətinə geniş imkanlar açır. Zorakılıq halları və düşmənçilik, qisasçılıq meylləri artır ki, bu da dövlətin və millətin varlığına, təhlükəsizliyinə ciddi təhdid yaradır. 3 və 10 iyul tarixlərində Gəncədə baş verən faciəli olaylardan iqtidar da dərs çıxartmalıdır ki, inzibatı-amirliklə, qeyri-sivil üsulları və cəngəllik qanunları ilə ölkəni idarə etmək olmaz. İnsanların günəvə, haqqını və hüquqlarını qoruya, siyasi baxışlarını bölüşə, iradəsinə və fikrinə hörmət qoyula bildiyi normal bir ortam olmalıdır. Bu ortam isə demokratiya, demokratik cəmiyyətin formalaşdırılmasıdır. Müxalifət qeyri-bərabər mübarizədə, məhdud imkanları daxilində Azərbaycanda mütərəqqi dəyişikliyə və inkişafa nail olmağa çalışır. Özünü oda-közə vuraraq Rusiya-İran-Ermənistan siyasi coğrafiyasında ölkənin böhrandan və antidemikratik şəraitdən çıxarılması üçün çaba göstərir. Amma etiraf edək ki, biz bu yükü qaldırmaqda hələ zəif və yorğunuq. Təzə ruhun gəlməsi isə cəmiyyətin fəallığından daha çox asılıdır. Xüsəsən də yeni yetişən, müstəqillik dövründə formalaşan gənclik öz sözünü deməlidir, qətiyyətini və dövlətinə inamını ifadə etməlidir. Edəcək də. Səhvlərdə heç kəs sığortalanmayıb. Yetər ki, səhvlərdən nəticə çıxarılsın. Mənə qalsa AXC dönəmidən hakimiyyətdə olmuş və hərəkatdan gəlmiş siyasilər xalqdan üzr istəyib, minnətdarlığını bildirib, yerini gənclərə, yeni nəslə verməlidir ki, proses tormozlanmasın.