Bir­ləş­miş Ştat­la­rın pri­o­ri­tet­lə­ri içə­ri­sin­də Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li yox­dur

Əli Oru­cov: "Qa­ra­bağ da­nı­şıq­la­rı ilə bağ­lı ya­ra­nan mü­rək­kəb və­ziy­yət göz qa­ba­ğın­da­dır"

Xə­bər ve­ril­di­yi ki­mi, ATƏT-in Minsk Qru­pu­nun keç­miş həm­səd­ri, ABŞ-ın Azər­bay­can­da­kı sa­biq sə­fi­ri Met­yu Bray­za mət­bu­a­ta açıq­la­ma­sın­da de­yib ki, "Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həll pro­se­si­nin ne­cə in­ki­şaf edə­cə­yi­ni Al­lah da bil­mir, mən ne­cə bi­lə bi­lə­rəm?".

Həm­çi­nin, Bray­za açıq­la­ma­sın­da onu da qeyd edib ki, ABŞ-ın ye­ni pre­zi­den­ti Do­nald Tramp sülh haq­qın­da fi­kir­ləş­sə, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li is­ti­qa­mə­tin­də irə­li­lə­yi­şə na­il ol­maq olar: "La­kin biz bil­mi­rik ye­ni pre­zi­den­tin ba­şın­da nə var və o nə dü­şü­nür... Pre­zi­dentlər və xa­ri­ci iş­lər na­zir­lə­ri gö­rüş­mə­dik­lə­ri hal­da mü­na­qi­şə dinc yol­la həll olu­na bil­məz".

Ru­si­ya pre­zi­den­ti Vla­di­mir Pu­ti­nin Ru­si­ya və Er­mə­nis­tan qo­şun­la­rı­nın bir­ləş­miş qrup­laş­ma­sı­nın ya­ra­dıl­ma­sı haq­qın­da sa­zi­şi təs­diq­lə­mə­si­nə mü­na­si­bət bil­di­rən Bray­za qeyd edib ki, ATƏT-in Minsk Qru­pu­nun həm­səd­ri ki­mi Ru­si­ya­nın bu ad­dı­mı ne­cə at­dı­ğı­nı an­la­mır. Onun söz­lə­ri­nə gö­rə, Pu­tin Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­lin­də Ru­si­ya­nın əsas iş­ti­rak­çı ol­du­ğu­nu sü­but et­mək is­tə­yir­sə, be­lə ad­dım­lar at­ma­ma­lı­dır.

"Ap­rel ha­di­sə­lə­ri Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­sin­də ha­zır­kı sta­tus-kvo­nun qey­ri-sta­bil ol­du­ğu­nu gös­tər­di". Bu­nu isə İrə­van­da sə­fər­də olan ABŞ döv­lət ka­ti­bi­nin Av­ro­pa və Av­ra­si­ya mə­sə­lə­lə­ri üz­rə kö­mək­çi­si­nin mü­a­vi­ni Bri­cit Brink bil­di­rib. "Biz hə­qi­qə­tən he­sab edi­rik ki, sta­tus-kvo qey­ri-sta­bil­dir", - de­yə Brink ABŞ-ın Er­mə­nis­tan­da­kı sə­fir­li­yin­də jur­na­listlər­lə gö­rü­şün­də bil­di­rib.

"RİA No­vos­ti"nin xə­bə­ri­nə gö­rə, dip­lo­mat eti­mad təd­bir­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si, da­nı­şıq­la­rın bər­pa edil­mə­si is­ti­qa­mə­tin­də iş apa­rıl­ma­sı­nın va­cib ol­du­ğu­nu qeyd edib: "Mü­na­qi­şə­nin ni­zam­lan­ma­sı Er­mə­nis­tan üçün də müs­bət ola­caq".

Bü­tün bun­la­rın fo­nun­da Bray­za­nın mə­lum açıq­la­ma ilə çı­xış et­mə­si­ni ekspertlər ne­cə şərh edir?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP Si­ya­si Şu­ra­sı­nın üz­vü Əli Oru­co­vun söz­lə­ri­nə gö­rə, Bray­za­nın açıq­la­ma­sın­da han­sı­sa "ta­pın­tı" yox­dur: "Yə­ni mə­sə­lə on­da­dır ki, Dağ­lıq Qa­ra­bağ­la bağ­lı apa­rı­lan da­nı­şıq­la­rın da­la­na di­rən­mə­si ne­çə vaxtdır göz qa­ba­ğın­da­dır. O ba­xım­dan bu­nun­la bağ­lı proq­noz ver­mək­dən öt­rü dip­lo­mat ol­ma­ğa eh­ti­yac yox­dur. Ona gö­rə ki, da­nı­şıq­lar­la bağ­lı ya­ra­nan mü­rək­kəb və­ziy­yət göz qa­ba­ğın­da­dır. Fak­ti­ki ola­raq da­nı­şıq­lar ye­rin­də sa­yır. Həm­çi­nin, Bray­za­nın "Tramp sülh haq­qın­da fi­kir­ləş­sə, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li is­ti­qa­mə­tin­də irə­li­lə­yi­şə na­il ol­maq olar" ki­mi açıq­la­ma ver­mə­si onun qey­ri-cid­di­li­yin­dən xə­bər ve­rir. He­sab edi­rəm ki, bu, dip­lo­ma­ta xas olan ya­naş­ma de­yil. Bir­ləş­miş Ştat­la­rın pri­o­ri­tet­lə­ri içə­ri­sin­də Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li yox­dur. ABŞ üçün Su­ri­ya və İraq­da prob­lem­lə­rin həl­li da­ha pri­o­ri­tet təş­kil edir. Be­lə olan hal­da, mü­na­qi­şə­nin həl­li­ni Tram­pın bu ba­rə­də fi­kir­ləş­mə­si ilə əla­qə­lən­dir­mək bə­sit ya­naş­ma­dır. Bir də bu hə­min Met­yu Bray­za­dır ki, həm­sədr olar­kən Azər­bay­ca­na gə­lən­də bir cür, Er­mə­nis­ta­na ge­dən­də baş­qa cür açıq­la­ma ve­rər­di. Ona gö­rə də onun açıq­la­ma­la­rı­na cid­di ya­naş­ma­ğa dəy­məz".

Vi­da­di OR­DA­HAL­LI