Partiyalar seçkiyə ayrılan 54 milyondan namizədlərə də verilməsini arzulayır
2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə 54 milyon manat vəsait ayrılacaq. Hakimiyyət partiyasının bütün seçkilərə olduğu kimi bu seçkilərə də hazır olduğu məlumdur. Müxalifət təşkilatlarının hazır olub-olmadıqlarını araşdırdıq.

AMİP Siyasi Şura üzvü Əli Orucov isə bildirdi ki, bələdiyyə
seçkilərinin siyasi partiyaların və seçicilərin xüsusi aktivliyi
şəraitində keçəcəyinə inanmır: "Siyasi partiyalar bu seçkilərə həvəslə
qatılmayacaqlar. Seçkilərdə maliyyə təminatı vacib faktorlardandır. Həm
bələdiyyə qurumlarına, həm də ümumilikdə seçkilərə inamın olmaması bu
seçkiləri siyasi partiyalar üçün maraqsız edir. Maliyyə xərclənməsində
xəsislik göstərilir. Eyni zamanda partiyaların və partiya üzvlərinin
maliyyə durumları da yaxşı deyil. Əvvəllər seçkilərdə iştirak edən
namizədlərə dövlət büdcəsindən maliyyə vəsaitləri ayrılırdı. Yaxud
depozit tələb olunurdu. İndi bu ayırmalar da yoxdur. Büdcədən ayrılan 54
milyon vəsait isə seçkiləri təşkil edəcək seçki komissiyalarının
sərəncamında olacaq. Xüsusilə MSK bu vəsaiti öz istədiyi kimi
xərcləyəcək. Bələdiyyələrin indiki durumunda bu qədər dövlət vəsaitinin
seçkiyə ayrılmasına lüzum yoxdur. Bu israfçılıq və vəsaitin havaya
sovrulması deməkdir. Əlbəttə, biz də istərdik ki, normal seçki və
rəqabət mühiti olsun, dövlət seçkidə iştirak edən partiyalara və
şəxslərə maliyyə ayırsın. Amma təəssüf ki, bu inandırıcı deyil. O ki
qaldı bələdiyyə seçkilərində iştirak məsələsinə təkcə AMİP üçün deyil,
ölkənin aparıcı müxalifət partiyaları üçün indiki şərtlər daxilində
bunun cavabı açıq qalır”.
AĞ Partiyanın sədri Tural Abbaslı respublikada keçirilən bütün seçkilərdə iştirakın tərəfdarı olduqlarını bildirdi: "Partiyaların əsas işinin seçkidə iştirak etməklə siyasi resurslar əldə etməklə proqramını həyata keçirmək olduğunu düşünürük. Odur ki, biz partiya kimi gələn keçiriləcək bələdiyyə seçkilərində də iştirak edəcəyik. Düzdür, Azərbaycanda bələdiyyələrin vəziyyətini nəzərə alsaq bu seçkilərə istər partiyalar, istərsə də cəmiyyət tərəfindən marağın aşağı olduğunu etiraf etməliyik. Təəssüf ki, Azərbaycanda bu strukturun effektiv şəkildə fəaliyyətdə olmasının qarşısı alınıb. Müstəqil olmalı olan bələdiyyələr yerlərdə icra hakimiyyəti orqanlarından asılı durumdadırlar. Bələdiyyə seçkilərində 30 mindən artıq yer uğrunda seçkilər keçirilir deyə bu seçkilərdə namizədlərin sayı da həddindən artıq çox olur, yəni əslində bu seçkilər partiyalar üçün ən miqyaslı və əhatəli seçki sayılmalıdır.
Təbii ki, bu miqyasda olan seçkilərə də xüsusi hazırlaşılmalıdır. Yuxarıda da qeyd etdiyim səbəblərə görə isə bu seçkilərə xalqın və siyasilərin marağı çox az olur. Hətta kifayət qədər namizəd belə tapmaq olmur. AĞ Partiya olaraq biz çalışacağıq ki, ən azından iri şəhərlərin bələdiyyə yerlərinə namizədlər irəli sürək. Həmçinin bu seçkilər də əsas məsələ şəxslərin aktivliyindən və təşəbbüskarlığından asılı olduğu üçün partiyaların da üzərinə böyük iş düşmür. Seçkilərin keçirilməsi üçün gələnilki dövlət büdcəsində 54 milyon manat ayrılacaq. Ancaq, bu vəsait əsasən MSK-nın seçkiləri keçirilməsi üçün təşkilati-texniki məsələlərə xərclənməsi nəzərdə tutulur. Yəni namizədlərə və ya seçkilərdə partiya şəkilində iştirak edəcək partiyalara ayrılması üçün heç bir vəsait nəzərdə tutulmur. Əslində isə partiyaları və namizədləri təşviq etmək üçün hansısa vəsaitin ayrılması nəzərdə tutulsaydı daha faydalı olardı”. /Yeni Müsavat/