Elşən Mustafayev: "Bununla da onun bütövlükdə Azərbaycan xalqına bəslədiyi nifrətin dozası məlum olur"
"Ancaq məsələyə Fəxrəddinin yanaşdığı prizmadan baxmaq sadəlövhlük olardı"
Daim ermənipərəst mövqeyilə seçilən Rusiyanın "Reqnum" agentliyində sapı özümüzdən sayıla biləcək baltalar Azərbaycana növbəti böhtanı atmağa çalışır. Bir vaxtlar Azərbaycan vətəndaşı olan, hazırda isə xarici dövlətlərdən birinə sığınan Fəxrəddin Abboszadə həmin saytda "analitik" məqalə ilə çıxış edib.
"Bakı növbəti geopolitik aqoniyaya yuvarlanır" başlıqlı yazıda müəllif Gümrüdə bir ailəni qətlə yetirən rus hərbçisi Permyakovla bağlı yaşanan vəziyyətdən rəsmi Bakının məharətlə istifadə etdiyi qənaətinə gəlir. Hətta o, bir ailənin başına gələn hadisədən Azərbaycanın öz siyasi məqsədləri üçün istifadə etməsini yolverilməz sayır. F.Abboszadəyə görə, xüsusilə Azərbaycan KİV-ləri mövzu ətrafında böyük təbliğat aparır: "Onların başlıca məqsədi Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqdır. Bakı, sanki əlinə şans keçmiş kimi davranır. Hətta hakimiyyətin nəzarətində olan saytlar iddia edir ki, belə bir halın yaranması Rusiya hərbi bazalarının Ermənistan ərazisində olması ilə bağlıdır. Yəni hadisənin əsl mahiyyətindən çox, siyasi şou düzəltməyə cəhdlər edilir. Qafqaz respublikaları arasında yalnız Ermənistanda rus hərbi bazalarının qalmasına işarə edilir".
Təbiidir ki, müəllifin subyektiv qənaətilə razılaşmaq olmaz. Çünki Azərbaycanın informasiya resursları Ermənistanla müharibə şəraitində yaşadığımızı gözəl anlayır və tam əminliklə demək olar ki, son illər ərzində aparılan informasiya müharibəsində biz Ermənistanı şok vəziyyətinə salmışıq. Müəllifin Gümrüdə baş verən hadisəyə daha çox mərhəmət kontekstindən yanaşması da başadüşüləndir. Çünki həmin personanın bütün fəaliyyəti erməni təbliğatına dəstək verməyə yönəlib. Azərbaycanın media resurslarına gəldikdə isə, biz dünyanın diqqətini cəlb edən bütün hadisələrin işıqlandırılmasında maraqlı oluruq. Gümrü ilə yanaşı, Fransada baş verən terroru və dünyada baş verən, bizim üçün operativlik baxımından əhəmiyyət kəsb edən digər hadisələri də təqib etməkdə maraqlıyıq.
Gümrüdə baş verən hadisə Ermənistanla Rusiya arasında münasibətlərin korlanmasına əsas veribsə, burada Azərbaycan KİV-lərini günahlandırmaq nə dərəcədə məntiqlidir?
Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında Fəxrəddin Abboszadə adlı adamın belə mövqeyinə təəccüblənmədiyini dedi: "Bu adam bizim içimizdən çıxıb. Buranın havasını udaraq böyüyüb. Son illər ərzində onun fəaliyyətini izləyirəm. Daim ermənilərə həmrəylik nümayiş etdirir. Bununla da onun bütövlükdə Azərbaycan xalqına bəslədiyi nifrətin dozası məlum olur. Bizim media bütün hadisələri işıqlandırır. Ermənilərin nankorluğuna baxmayaraq, biz Gümrüdə baş verən hadisəni faciə kimi təqdim etdik. Çünki dinc insanları, xüsusilə də uşaqları öldürməyə başqa ad vermək olmaz. Hadisədən doğan proseslərə münasibət bildirmək isə tamamilə başqa məsələdir. Artıq Ermənistandakı hadisələr kriminal mahiyyətini itirərək siyasi müstəviyə transformasiya edilib. Rusların əleyhinə mitinqlər keçirilirsə və bunun da cavabında Rusiya ictimaiyyəti Ermənistanı aşağılayırsa, bunun günahı bizdə deyil. Təbiidir ki, biz Ermənistanın zəifləməsində maraqlıyıq. Çünki sadə məntiq də bizim mehribançılığımızı istisna edir. Ancaq məsələyə Fəxrəddinin yanaşdığı prizmadan baxmaq sadəlövhlük olardı".
Məhəmmədəli QƏRİBLİ